Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Azərbaycanda nümunəvi qəbiristanlıqların yaradılması təxirə SALINDI

  29
08:40 17-08-2018
Şriftin ölçüsünü dəyiş  

“Azərbaycanda nümunəvi qəbiristanlıqların salınmasını  nəzərdə tutan sənədin hazırlanması ilə bağlı məsələ ətrafında hər hansı bir iş görülməsi barədə məlumatım yoxdur. Bu, elə - belə bir söhbətdir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsi belə bir sənədin olmasını açıqladılar. Ancaq mən belə bir sənədlə tanış deyiləm. Sadəcə belə bir sənədin olması barədə mülahizələr var”.

 

Bunu Paralel.az-a açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Fazil Mustafa deyib.

 

Deputat hesab edir ki, hazırki şəraitdə Azərbaycanda nümunəvi qəbiristanlıqların salınması asan olan məsələ deyil.

 

“Çünki bunun üçün Azərbaycanda birinci növbədə bələdiyyə sistemi inkişaf etməlidir. Qəbiristanlıqların bələdiyyələrə aid bir sistem kimi tanınması məsələsi həll olunmalıdır. Əgər bu yoxdursa, məsələ ümumi şəkildə qoyulacaq. Ancaq insanların buna nə dərəcədə əməl edib-etməyəcəyi isə sual altındadır. Ona görə də birinci növbədə bələdiyyələrin müstəqilliyi məsələsi öz həllini tapmalıdır. Bələdiyyələr ayrıca bir struktur kimi mövcud olmalıdır”.

 

Fazil Mustafa nümunəvi qəbiristanlıqlar ifadəsinin düzgün seçilmədiyini qeyd edib.

 

“Hesab edirəm ki, standart qəbiristanlıqlar ifadəsi daha dəqiq olardı. Bu qəbiristanlıqların yaradılmasında əsas məqsəd odur ki, insanlar qəbir daşlarına ayırdığı vəsaitin mənasız bir xərc olduğunu anlasınlar. İnsanlar eyni standartda, daha ucuz başa gələn formada bu xərcləri qarşılamalıdırlar. Bunu insanlar nə dərəcədə qəbul edəcək, bu məsələ bir az çətindir. İnsanların əksəriyyəti elə başa düşür ki, nə qədər böyük daş ucaltsalar o qədər qəbrinə hörmət qazanacaqlar.  Söhbət daş uclatmaqla deyil, əməli uclatmaq lazımdır”.

 

Deputat nümunəvi qəbiristanlıqlarda şəhidlər üçün ayrıca yerin ayrılması ilə bağlı təklifləri dəstəklədiyini bildirib.

 

“Bu, həmin şəxslərə münasibətin dəyişməsi baxımından vacibdir.  Hər bir şəhid Şəhidlər xiyabanında dəfn olunmur axı. Qəbiristanlıqlarda şəhidlər üçün ayrıca bir yerin olması həm də könüllü olmalıdır. Elə şəhidimiz var ki, ailəsi onun ailə qəbiristanlığında dəfn olunmasını istəyir. Buna isə müdaxilə etmək doğru deyil. Bu məsələ könüllülük prinsipi ilə olmalıdır”.


Yazarlar