Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

ABŞ müdafiə naziri Rusiya və Çini HƏDƏLƏDİ

  70
09:40 15-08-2018
Şriftin ölçüsünü dəyiş  

Pentaqon rəhbəri Ceyms Mettis ABŞ-ın kosmik qüvvələrə ehtiyacı olduğunu bildirib.

Paralel.az “The Washington Post” nəşrinə istinadən xəbər verir ki, Mettis bu qüvvələrin ABŞ peyklərini Çin və Rusiya təhlükəsindən qorumaq üçün lazım olduğunu qeyd edib.

O həmçinin kosmosda silah yerləşdirilməsindən söhbət getmədiyini də vurğulayıb.

“Biz sadəcə göstərmək istəyirik ki, kosmosdakı peyklərimizi qoruya bilirik. Amma, kimsə kosmosa hərbi tapşırıqla çıxmaq istəsə, biz sadəcə oturub baxmayacayıq” – Mettis bildirib.

Qeyd edək ki, bundan əvvəl Ağ Ev rəhbərliyi hərbi hava qüvvələrinin yeni qolunun yaradılması barədə bəyanatlar verib.

 


Yazarlar