Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Azərbaycanda bəzi qazilərin rütbəsi artırılıb

  27
10:45 15-08-2018
Şriftin ölçüsünü dəyiş  

“Azərbaycanda torpaqlarımızın azadlığı uğrunda qazi olmuş  bəzi zabitlərin hərbi rütbəsi artırılıb. Onların bir neçəsinə  növbəti hərbi rütbələr verilib. 

Amma biz bu işin mütəmadi olaraq aparılmasının tərəfdarıyıq.  Ancaq neçə  qazi zabitlərimizin rütbəsinin artırılması ilə bağlı isə məndə məlumat yoxdur”.

 

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

 

Deputat bildirib ki, Azərbaycanda hərbçilərə, vətən uğrunda şəhid və qazi olmuş şəxslərə hər zaman böyük diqqət göstərilir.

 

“Onların sosial müdafiəsi gücləndirilir, mənizllərlə, işlə  təmin olunurlar. Həmçinin şəhid ailələrinin övladları pulsuztəhsil alırlar. Bu qayğılar Azərbaycanda var. Mən istərdim ki, onlara göstərilən qayğı daha da çox olsun”.

 

Qeyd edək ki, aprel döyüşlərinin iştirakçısı kapitan Hikmət Məmmədov özünün “facebook” sosial şəbəkəsindən deputatlara müraciət edib.

 

O deputatlardan xahiş edib ki, torpaq uğrunda qazi olmuş zabitlərin rütbələrinin və vəzifələrinin zamanı gəldikdə yüksəlməsi ilə bağlı məsələni parlament tribunasında qaldırsınlar.

Yazarlar