Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Azərbaycanda baytarlıq dərmanları istehsal oluna bilər  +

  38
12:35 10-08-2018
Şriftin ölçüsünü dəyiş  

Azərbaycan Bolqarıstanla aqrar sahədə əməkdaşlığı genişləndirmək niyyətindədir.

 

Paralel.az xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Rəşad Fərəcov Bolqarıstan Respublikasında işgüzar səfərdə olub. Səfər çərçivəsində nazirliyin nümayəndəsi Bolqarıstanın İqtisadiyyat , Energetika və Kənd Təsərrüfatı nazirliklərinin rəsmiləri və Bolqarıstanın Kənd Təsərrüfatı Akademiyasının direktoru ilə görüşlər keçirib. Görüş çərçivəsində Azərbaycan və Bolqarıstan hökumətləri arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Birgə Komissiya çərçivəsində görülən işlər, komissiyanın 5-ci iclasının Sofiya şəhərində keçirilməsinə hazırlıq, iki ölkə arasında  ticarət dövriyyəsinin artırılması, idxal və ixrac imkanlarının genişləndirilməsi, hüquq-müqavilə bazasının təkmilləşdirilməsi, kənd təsərrüfatının müxtəlif sahələri üzrə, xüsusilə təhsil və elm sahəsində əməkdaşlığın gücləndirilməsinə dair geniş müzakirələr aparılıb, qarşılıqlı maraqlara əsaslanan ilkin razılaşmalar əldə olunub.

Səfər çərçivəsində Bolqarıstanın Sliven şəhərində  yerləşən baytarlıq preparatları istehsal olunan müəssisəyə səfər edən Rəşad Fərəcov zavodun hüquqi sahibi “BioPharm” şirkətinin rəhbərliyi  və Sliven əyalətinin qubernatoru ilə görüşlər keçirib. Görüş çərçivəsində ikitərəfli əməkdaşlıq istiqamətləri müzakirə olunaraq  hər iki ölkənin iş adamları arasında əlaqələrin qurulması,  qarşılıqlı maraq doğuran sahələrdə sərmayə yönümlü layihələrin həyata keçirilməsi  və Azərbaycanda baytarlıq dərmanlarının istehsalı üzrə birgə müəssisənin yaradılması sahəsində “BioPharm” şirkəti ilə birgə əməkdaşlığın qurulması istiqamətində müzakirələr aparılıb və ilkin razılaşmalar əldə olunub.


Yazarlar