Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Nazirlik bruselyoza qarşı mübarizəni davam etdirir

  23
12:25 10-08-2018
Şriftin ölçüsünü dəyiş  

Balakəndə bruselyoz xəstəliyinə qarşı profilaktik peyvənd tədbirləri davam etdirilir.

 

Kənd Təsərrüfatı Nazirliyindən Paralel.az-a verilən məlumata görə, Balakəndə iribuynuzlu heyvanlar arasında bruselyoz xəstəliyinə qarşı profilaktik tədbirlər davam etdirilir. Bu ilin ilk 7 ayı ərzində 2630 başda göz damcı üsulu ilə peyvəndləmə işi aparılıb.

Epizootik tədbirlər plana uyğun olaraq Balakən rayonunda 4000 baş iribuynuzlu heyvanın peyvəndə cəlb edilməsi nəzərdə tutulub. 1370 baş iribuynuzlunun peyvənd işi davam etdirilir. Ay ərzində bu tədbirin yekunlaşdırılması nəzərdə tutulub.

 

“S-19” vaksini ilə aparılan tədbir hazırda Balakən Rayon Baytarlıq İdarəsinin 70 saylı Yeni-Şərif sanitar baytarlıq məntəqəsinin xidmət etdiyi Şərif və Yeni Şərif kəndlərində icra edilir. Kəndlərdə saxlanılan 200 baş heyvanda artıq peyvəndləmə işi aparılıb və 150 baş heyvanda isə peyvəndləmə aparılması nəzərdə tutulub.

 

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti bildirir ki, 2018-ci ilin yanvar ayının əvvəllərindən etibarən Azərbaycan Respublikası ərazisində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq olunmuş epizootik tədbirlər planına uyğun olaraq ölkə ərazisində iri və xırdabuynuzlu heyvanların brusellyoz xəstəliyinə qarşı peyvəndləmə və qanalma tədbirlərinə start verilib. 2018-ci ilin 7 ayı ərzində bruselyoz xəstəliyinə qarşı 1462309 baş xırdabuynuzlu heyvanda “Rev-1” vaksini ilə, 329461 baş iribuynuzlu heyvanda “S-19”  vaksini ilə peyvəndləmə işləri aparılıb. Hal-hazırda ölkə ərazisində bu xəstəliyə qarşı peyvəndləmə tədbirləri davam etdirilir.

 

Həmçinin həssas heyvanlar arasında bruselyoz xəstəliyini aşkar etmək, xəstəliyin yayılmasının qarşısını almaq məqsədi ilə bu il 513040 baş iribuynuzlu, 150652 baş xırdabuynuzlu heyvanlardan qan nümunəsi alınaraq seroloji müayinə edilib.

 

Qeyd edək ki, bruselyoz insanların və müxtəlif heyvanların yoluxa biləcəyi infeksion xəstəlikdir.

 

Dövlət Baytarlıq Xidməti bildirir ki, heyvanlar arasında bruselyozun ləğv edilməsi insanlarda bu xəstəliyin qarşısının alınmasının ən yaxşı yoludur. Odur ki, ölkəmizdə bu xəstəliyin ləğvi istiqamətdə lazımi addımlar atılmaqla, təşkilat-təsərrüfat tədbirləri davam etdirilməkdədir.

 


Yazarlar