Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Ekologiya Nazirliyi Xəzərin sahilində reydlərə BAŞLADI

  24
10:10 10-08-2018
Şriftin ölçüsünü dəyiş  

Xəzər dənizi problemləri içərisində dəniz suyunun çirklənməsi və bununla əlaqədar ekoloji şəraitin korlanması son zamanların ən mühüm problemlərindəndir. Xəzər dənizinin əsas çirklənmə mənbələri onun sahillərində, hövzəsində və akvatoriyalarında yerləşən şəhərlərin və sənaye obyektlərinin tullantı suları, dəniz nəqliyyatından və neft mədənlərindən daxil olan müxtəlif çirkləndiricilərdir.

 

Bu haqda Paralel.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib.

 

Respublikanın sahil zolağında yerləşən rayonların əksəriyyətində tullantı sularının təmizlənərək dənizə axıdılması üçün təmizləyici qurğular quraşdırılmadığından və ya quraşdırılan qurğuların fəaliyyətləri qənaətbəxş olmadığından qeyd edilən ərazilərdə formalaşan müxtəlif tərkibli qarışıq tullantı suları təmizlənmədən təbii axarlara və Xəzər dənizinə axıdılır.

 

Bildirilib ki, bu da həmin rayonların sahil zolağının rekreasiya əhəmiyyətli və digər sahələrində ərazilərin ekoloji vəziyyətinin pozulmasına, antisanitar vəziyyətin yaranmasına gətirib çıxarır, eyni zamanda ekoturizmin inkişafına mənfi təsir göstərir.

 

Xəzər dənizinin sahil zolağında və çimərliklərdə məişət tullantılarının atılması, qalaqlanması, çirkab suların dənizə axıdılması hallarının qarşısının alınması məqsədilə Ekologiya və Təbii Sərvətlər və Daxili İşlər nazirliklərinin əməkdaşları tərəfindən artıq Xaçmaz, Lənkəran rayonları və Sumqayıt şəhərinin sahil zonalarında reydlər başa çatıb. Hazırda reydlər Bakı şəhərinin inzibati rayonlarının sahil zolağında davam etdirilir.

 

Reydlər zamanı qanunvericiliyin tələblərinə riayət etməyən istirahət mərkəzləri və ictimai-iaşə obyektləri barəsində qanunamüvafiq tədbirlər görülüb və nöqsanların aradan qaldırılması məqsədilə obyekt  sahiblərinə icrası məcburi olan müddətli “məcburi göstəriş”lər verilib.


Yazarlar