Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Müəllimlərin vakansiya seçimi YEKUNLAŞDI

  42
00:15 10-08-2018
Şriftin ölçüsünü dəyiş  

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsi başa çatdı. Paralel.az xəbər verir ki, Namizədlər avqustun 9-u saat 23.59-dək elektron ərizələrində vakant yer seçərək ərizələrini təsdiqləyiblər.

Təhsil Nazirliyindən verilən məlumata görə, bu mərhələnin nəticələri barədə müvafiq məlumat avqustun 10-da namizədlərin şəxsi səhifələrinə göndəriləcək.

 

Müsabiqənin yekun – müsahibə mərhələsində vakant yer tutmaq hüququ qazanmış namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlıqları və ümumi dünyagörüşləri müsahibə proqramına uyğun olaraq müvafiq komissiya tərəfindən yoxlanılacaq.

 

Müsahibə mərhələsində namizədlərə proqram təminatı tərəfindən təsadüfi seçim əsasında ixtisası üzrə əvvəlcədən elan olunmuş mövzular təqdim ediləcək. Hər bir namizəd həmin mövzunu müsahibə komissiyası üzvlərinə açıq dərs formatında təqdim etməlidir.


Yazarlar