Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Ramil Şeydayevlə müqavilə ləğv EDİLDİ

  34
19:40 09-08-2018
Şriftin ölçüsünü dəyiş  

Türkiyənin "Trabzonspor" klubu Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayevlə yollarını ayırıb.

Paralel.az klubun saytına istinadən xəbər verir ki, Qara dəniz təmsilçisi 22 yaşlı hücumçu ilə müqaviləni qarşılıqlı razılaşma əsasında ləğv edib.

Bildirilir ki, "Trabzonspor" Ramil Şeydayevə komandada qaldığı və icarəyə verildiyi müddətdə 370 min avro ödəyib. Onun Türkiyə klubu ilə 2020-ci ilə qədər müqaviləsi mövcud idi.

Qeyd edək ki, Ramil Şeydayev 2016-2017 mövsümündə 170 min avro müqabilində Rusiyanın "Zenit" komandasından "Trabzonspor"a keçib. O, 2017-2018 mövsümünü icarə əsasında "Qarabağ"da keçirib.


Yazarlar