Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

"Hər kəs sülh və qarşılıqlı anlaşma
ab-havasında səylərini davam etdirməlidir"

  64
19:11 09-08-2018
Şriftin ölçüsünü dəyiş  

Şeyxülislam Allahşükür Paşazadə: "Multikulturalizm bizim həyat tərzimizdir. Biz bunu örnək olaraq
dünyaya təqdim edirik və fəxr edirik ki, bu ideyanın müəllifi Azərbaycan Prezidenti İlham Əliyevdir"

 Keçən ilin sonunda Bakıda Qafqaz Xalqları Ali Dini Şurasının təşkilatçılığı ilə "Qafqazda dini tolerantlıq ənənələri və Azərbaycanın multikulturalizm modeli" mövzusunda beynəlxalq konfrans keçirilib.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin sədrliyi ilə keçirilən konfransda Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri, dövlət, din xadimləri, Rus Pravoslav və Gürcüstan Pravoslav kilsələrinin nümayəndələri, bir sıra ölkələrin səfirləri və jurnalistlər iştirak ediblər. Ali Dini Şuranın sədri konfransda son dövrlərdə görülən tədbirlər barədə hesabat məruzəsi ilə çıxış edib. O çıxışında bildirib ki, bu konfrans dünyada irqi, milli, etnik və digər zəmində baş verən qarşıdurmalar fonunda Qafqazda sülhə və onun qorunmasına xidmət edir. O, həmçinin ölkəmizdə müxtəlif dinlərə mənsub insanların sərbəst, rahat yaşamaları üçün Prezident İlham Əliyevin rəhbərliyi ilə gördülən işlərdən söz açıb, Azərbaycanın tolerantlıq modelini nümunə göstərib.

Bu da danılmaz faktdır ki, bu gün çoxmillətli və çoxkonfissiyalı Azərbaycanda Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət-din münasibətləri yüksək səviyyədədir və gündən-günə inkişaf edir. Azərbaycanda sabitlik və tolerant mühit mövcuddur. Milli və dini tolerantlıq dövlət səviyyəsində dəstəklənir. Burada siyasi iradə böyük önəm daşıyır.

Konfransdakı çıxışının sonunda QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə deyib: "Multikulturalizm bizim həyat tərzimizdir. Biz bunu örnək olaraq dünyaya təqdim edirik və fəxr edirik ki, bu ideyanın müəllifi Azərbaycan Prezidenti İlham Əliyevdir. Eyni zamanda, milli-mənəvi mədəniyyətimizin təbliğində müstəsna xidmətləri olan Heydər Əliyev Fonduna və Fondun prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlığımızı bildiririk".

Daha sonra Azərbaycan Respublikasının Prezident İlham Əliyevin konfrans iştirakçılarına təbrik məktubu oxunub.

"Azərbaycanda multikulturalizm dəyərləri" adlı videoçarxın nümayişindən sonra isə Moskvanın və bütün Rusiyanın Patriarxı Kirilin və Gürcüstanın Katolikos-Patriarxı II İliyanın konfrans iştirakçılarına müraciəti oxunub.

Patriarx Kirillin müraciətində Azərbaycanda bütün xalqların və dinlərin nümayəndələrinin sülh şəraitində mehriban yaşadıqları qeyd olunub. Rusiya və Azərbaycanın bir-biri ilə sıx bağlı olduğunu bildirilən müraciətdə sülhün təmin edilməsinin, terrorizmə qarşı mübarizədə səylərin birləşdirilməsinin vacibliyi diqqətə çatdırılıb. Patriarx Kirill vurğulayıb ki, dini liderlər insanların həyatını qorumaq üçün çağırışlar etməlidirlər. O, Qafqaz Müsəlmanları İdarəsinin  sədri Allahşükür Paşazadənin sülh səylərini yüksək qiymətləndirdiklərini bildirib.

Katolikos-Patriarxı II İliyanın müraciətində isə Azərbaycanın və Gürcüstanın multikultural, çoxmillətli, bütün etnik və dinləri əhatə edən ölkələr olduğu qeyd edilib. O bildirir ki, bu gün dünyanın müxtəlif yerlərində dini və etnik münaqişələrin getdiyini nəzərə alaraq, hər kəs sülh və qarşılıqlı anlaşma ab-havasında səylərini davam etdirməlidir.

Bunun üçün isə Multikulturalizmin Azərbaycan modelindən gözə nümunə ola bilməz.

Konfransda çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı isə qeyd edib ki, bu gün Azərbaycanın tolerantlıq modeli dünyanın 28 universitetində öyrənilir. Qafqaz xalqlarını birləşdirən dəyər tolerantlıqdan irəli gələn dəyərdir. Azərbaycan xalqının ənənəsində də tolerantlıq var. Bu gün Azərbaycanda tolerantlıq dövlət siyasəti səviyyəsinə qaldırılıb.

Mübariz Qurbanlı həmçinin bildirib ki, hazırda dünyada 169 ölkələrarası və daxili münaqişə var. Dünyanın 40 ölkəsində müxtəlif qanlı savaşlar gedir. Münaqişələr nəticəsində 60 milyon insan yurd-yuvasından didərgin düşüb. Son 15 ildə dünyada 57 min terror aktı törədilib. Bu terror aktlarının iki minini ermənilər azərbaycanlılara qarşı törədiblər. O qeyd edib ki, münaqişələrə qarşı ən yaxşı mübarizə fobiyaların aradan qaldırılmasıdır. Böyük müharibələrə yol verməmək üçün ilk növbədə kiçik münaqişələrin aradan qaldırılması vacibdir.

Konfransad o da xüsusi qeyd olunub ki, Qafqazda ən qaynar münaqişələrdən biri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Bu münaqişə nəticəsində Ermənistan Azərbaycan ərazisinin bir hissəsini işğal edib, yüz minlərlə azərbaycanlını milli, dini zəmində zorakılığa məruz qoyub.

Bütün bunlara baxmayaraq, ölkəmizin multikulturalizm və tolerantlıq modeli bütün dünyada rəğbətlə qarşılanır. Çünki Azərbaycanda dövlət-din münasibətləri ən yüksək səviyyədədir. Bu da Ulu Öndər Heydər Əliyevin ölkəmizdə dini mədəniyyətin, tolerantlıq və dinlərarası dialoqun proqram əsaslarının təməlini döğru düzgün qoymasının nəticəsidir. Məscid, kilsə və sinaqoqların böyük qayğı ilə tikilib bərpa olunduğu, bütün ənənəvi dini icmaların maddi-mənəvi cəhətdən dəstəkləndiyi Azərbaycanda multikultural həyat tərzinin dinlər və məzhəblərarası müstəvidə inkişafı üçün böyük işlər görülüb. Ulu Öndər Heydər Əliyevin bu istiqamətdə siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin məqsədyönlu fəaliyyətinin nəticəsidir ki, son illər Azərbaycanda dini zəmində heç bir anlaşılmazlıq baş verməyib. Tolerantlılıq, dözümlülük həm də Azərbaycan xalqının qanında var. Bəzi qüvvələr Azərbaycanda müxtəlif dini məzhəbləri qarşı-qarşıya qoymağa çalışsalar da, heç bir nəticə əldə edə bilməyiblər.

Onların məkirli niyyətlərinin əksinə olaraq ölkəmizdə müxtəlif konfissiyaların və icmaların nümayəndələri uzun əsrlər boyu dinc yanaşı yaşayıblar. Heç vaxt ksenofobiya və dini zəmində münaqişələr müşahidə olunmayıb.

Konfransda çıxış edən digər iştirakçılar da, Azərbaycanda bütün dinlərə mənsub insanların sərbəst şəkildə öz inanclarına etiqad etmələrinə, müxtəlif millətlərin nümayəndələrinin ölkənin bərabərhüquqlu vətəndaşları kimi yaşayıb çalışmalarına lazımi şərait yaradıldığını bildiriblər. Diqqətə çatdırılıb ki, Azərbaycanda dilindən, dinindən asılı olmayaraq bütün xalqların nümayəndələri dostluq şəraitində yaşayırlar. Tarixi-mədəniyyət abidələrinin, müsəlman məscid və ziyarətgahlarının, yəhudi və xristian məbədlərinin bərpası və təmiri - bütün bunlar Azərbaycan reallıqlarını əks etdirən sağlam dini-mənəvi vəziyyətin göstəricisidir.

Bu gün dünyada, xüsusilə multikulturalizm siyasətinin həyata keçirildiyi Avropa İttifaqı ölkələrində bu dözümlülüyün son dərəcədə deqradasiyaya uğradığı bir vaxtda, mədəniyyətlər, etnoslar, dinlər, dini və milli azlıqlarla çoxluq təşkil edən millətlər (etnosun) arasında baş verən konfliktlərin dərinləşməsi fonunda ölkəmizin bu sahədə atdığı addımlar öz əhəmiyyətini birə on artırır, multikulturalizmin alternativinin olmadığını bir daha təsdiqləyir.

Bunun nəticəsidir ki, bu gün Azərbaycan dünya səviyyəsində tolerantlıq, dözümlülük nümunəsi kimi tanınır.

 Bu barədə hələ 2002-ci ildə Almaniyanın, Norveçin Bakıda fəaliyyət göstərən səfirləri, o cümlədən 2003-cü ilin mayında ölkəmizə səfər edən Roma Papası II Pavel tərəfindən dünya ictimaiyyətinə mesaj verilmişdi. Onların dilə gətirdikləri "Azərbaycan dünya üçün tolerantlıq nümunəsidir" fikri dünya ölkələri və xalqları tərəfindən qəbul edilib.

Tolerantlıq və dözümlülük fenomeninin ölkəmizə nəsildən-nəslə keçərək, bu günə kimi gəlib çıxdığını, inkişaf etdirildiyini, onun ölkədaxili siyasətin əsas amillərdən biri kimi vacib əhəmiyyət kəsb etdiyini vurğulayan Prezident İlham Əliyev tarixi irsimizə sadiqliyini bir daha sübut etmiş oldu.

Odur ki, bu sistem xarakteri daşıyan birgəyaşayış anlamını cəmiyyətə, insanlara çatdırmaq, onu təbliğ etmək humanitar sahədə çalışan alimlərimizin, yazıçı və öz ictimai fəallığı ilə fərqlənən jurnalistlərimizin də əsas işi olmalıdır. Təəssüf ki, sözügedən mövzunu araşdıran tədqiqatçılar hələ ki, azlıq təşkil edirlər.

 Bu baxımdan tədqiqatçı-jurnalist Niyaz Niftiyevin "Azərbaycanda birgəyaşayış və multikulturalizm" adlı kitab xüsusi əhəmiyyət kəsb edir. Kitabda birgəyaşayışın Azərbaycan modeli tarixi sənədlər əsasında dərindən araşdırılıb, tolerantlığın məhz milli mentalitetimizə xas keyfiyyət olduğu faktlarla sübuta yetirilib. Əsas məqsədi bu vaxta kimi tədqiq olunmayan milli azlıqların öyrənilməsi olan araşdırmada müstəqillik illərindən etibarən dövlətin bu sahəyə böyük diqqət ayırdığı ön plana çəkilib. Təqdim olunan araşdırmada milli azlıq və multikulturalizm anlayışları həm dünya, həm də Azərbaycan alimlərinin baxış bucağından öyrənilib. Ən əsası isə birgəyaşayışda azərbaycançılıq ideologiyası milli birliyin əsası kimi göstərilib.

Kitabın müəllifi tarixi faktlarda ədəbiyyat nümunələrinə istinad edərək sübut edir ki, multikulturalizmin tarixinin bu gün dünya üçün on illər təşkil etməsinə rəğmən Azərbaycan tolerantlıq baxımından min illərdir bəşəriyyətə nümunə göstərir. Azərbaycan müxtəlif etnik və dini qrupların konfliktsiz mehriban şəkildə birgə yaşadıqları çoxmillətli və çoxdinli ölkədir. Tarixən Azərbaycanda insanlar arasında milli, dini və irqi ayrı-seçkiliyə yol verilməyib, tolerantlıq milli mentalitetimizə xas olan Azərbaycanda yaşayan xalqların həyat tərzinin vacib hissəsinə çevrilib. Yüzilliklər boyu Azərbaycanda dünya dinləri və millətləri sülh və əmin-amanlıq içində dinc yanaşı fəaliyyət göstəriblər.

 

“Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyilə çap olunub

Yazarlar