Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Yanğın törətdiklərinə görə 15 nəfər inzibati həbs edilib

  19
16:30 09-08-2018
Şriftin ölçüsünü dəyiş  

Biçilmiş əkin sahələrində, meşələrdə və yüksək gərginlikli elektrik xətlərinin keçdiyi ərazilərdə yanğın törətdiklərinə görə 15 nəfər inzibati qaydada həbs edilib, 17 nəfər barəsində isə inzibati xəta haqqında protokol tərtib olunub.

Daxili İşlər Nazirliyindən Paralel.az-a verilən məlumata görə, bu istiqamətdə qabaqlayıcı profilakitiki tədbirlər davam etdirilir.

Respublika ərazisindəki biçilmiş əkin sahələrində, meşələrdə və yüksək gərginlikli elektrik xətlərinin keçdiyi ərazilərdə yanğın təhlükəsinin qarşısının alınması məqsədilə aidiyyəti təşkilatlarla birgə bir sıra zəruri qabaqlayıcı tədbirlər həyata keçirilib, əhali arasında, fermer və digər torpaq mülkiyətçiləri ilə mütəmadi olaraq izahat işləri aparılıb.

Xüsusən taxıl biçimindən sonra kövşənlərin yandırılmasının yolverilməzliyi barədə onlar xəbərdar ediliblər.


Yazarlar