Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Qanunsuz yolla gətirilən siqaretlər aşkarlandı

  37
15:20 09-08-2018
Şriftin ölçüsünü dəyiş  

Dövlət Gömrük Komitəsinin əməkdaşları ölkə ərazisinə qanunsuz yolla gətirilən külli miqdarda siqaretin realizə edilməsinin qarşısını alıblar.

 

DGK-dən Paralel.az-a verilən məlumata görə, Gömrük Sahəsində Hüquqpozmalara qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsinə ölkənin gömrük ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən və üzərində Azərbaycan Respublikasının aksiz markası olmayan siqaretlərin Bakı şəhərinin Binəqədi rayonu ərazisində yerləşən mənzildə saxlanılaraq "Mitsubushi Pajero" markalı minik avtomobili vasitəsilə şəhərin müxtəlif ərazilərindəki tütün məmulatı və spirtli içkilər satılan pərakəndə satış məntəqələrinə paylanması barədə məlumat daxil olub.

 

Bu məlumat əsasında DGK Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsi Əməliyyat İdarəsinin əməkdaşlarından ibarət əməliyyat qrupu Binəqədi rayonu ərazisində əməliyyat tədbiri keçirib. Bu zaman "Mitsubushi Pajero" markalı avtomobilin salonu və baqajında 10 ədəd müxtəlif ölçülü karton qutuda üzərində Azərbaycan Respublikasının aksiz markası olmayan cəmi 95 380 ədəd müxtəlif adda siqaret aşkar olunub.

 

Faktla bağlı araşdırma aparılır.


Yazarlar