Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Hacı Əbdülün ürəyində problem yarandı – Bu il Həccə getməyə bilər

  36
15:10 09-08-2018
Şriftin ölçüsünü dəyiş  

“Son günlər səhhətimdə ciddi problem yaranıb. Yataq şəraitində oluram. Ürəyimdə ağrılar var.  10 gün olar ki, müalicə üçün getdiyim İrandan qayıtmışam”.

Bunu Paralel.az-a açıqlamasında  “Tövbə” cəmiyyətinin sədri Hacı Əbdül Əbdülov deyib.

Onun sözlərinə görə, səhhətində yaranan problem onu bütün işlərdən uzaqlaşdırıb.

“Ürəyimdən qəfil ağrı tutdu. İrana getməli oldum. İranlı həkim xeyli iynə-dərman yazıb. Azı 2 ay bunları qəbul etməliyəm ki, ürəyimdəki problem aradan qaldırılsın. Ürəyimin ağrıması mənə çox narahatlıq verir. Builki Həcc ziyarətinə sənədlərimi çoxdan vermişəm.

Amma növbəti Həcc ziyarətinə gedib-getməməyimlə bağlı bir söz deyə bilmərəm. Hər şey səhhətimin düzəlməsindən asılıdır. Heç özümdən belə xəbərim yoxdur, qala ki, “Tövbə” cəmiyyəti ola. Ağrılarım çox pis olur. Kimsənin xəstəliyimdən xəbəri yoxdur. Heç kimə bu barədə bir söz deməmişəm”.

 


Yazarlar