Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

İmran Cümşüdov: “Hədəfimiz ölkəni yüksək keyfiyyətli sertifikatlı toxumla təmin etməkdir”

  68
15:05 09-08-2018
Şriftin ölçüsünü dəyiş  

Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə  Dövlət  Xidmətinin rəisi İmran Cümşüdov müsahibə verib. Paralel.az müsahibəni təqdim edir. 

 

- İmran müəllim, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə  Dövlət Xidmətinin əsas fəaliyyət istiqamətləri hansılardır?

 

- Dövlət  Xidməti bitki sortlarının ekspertizası, sınağı, qeydiyyatı, mühafizəsi, kənd təsərrüfatı sahəsində  toxumçuluğun idarə edilməsi, toxumçuluğa dövlət nəzarətinin həyata kecirilməsini təmin edən icra hakimiyyəti orqanidır.

 

- Toxumculuq  sisteminin yenidən qurulması, innovativ texnologoyalarin tətbiqi istiqamətində hansı tədbirlərin ğörülməsi nəzərdə tutulur?  

 

- Ölkəmizdə qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə baglı həyata kecirilən  məqsədyönlü tədbirlər cərcivəsində digər sahələrlə yanaşı, kənd təsərrüfatının strateji əhəmiyyətli istehsal sahələrindən biri olan toxumculugun inkişaf  etdirilməsi, məhsul istehsalcılarının keyfiyyətli toxum məhsullarına olan təlabatının daxili istehsal hesabına təmin olunması prioritet vəzifələrdən biri kimi müəyyən edilmiş və bu istiqamətdə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən zəruri tədbirlərin ğörülməsi davam etdirilir.

Bu gün toxumculuq sisteminin yenidən qurulması, həmcinin  innovativ texnologiyarın tətbiqi istiqamətində beynəlxalq təcrübədən istifadə etməklə mühum  tədbirlər həyata kecirilir. Belə ki, azərbaycanda toxumculuğun və tingciliyin inkişaf etdirilməsinə dair Dövlət  proqramının layihəsi hazırlanır. Bu proqram cənab Prezidenin sərancamı ilə təsdiq olunduqdan sonra toxumculuq sektoru elmi yanaşma ilə innovasiya əsasında inkişaf etdiriləcəkdir.  Eyni zamanda Dövlət Xidmətin tabeliyində 1 Respublika və 12 Regional  Toxum Sertifikatlaşdırma  Mərkəzləri (Quba, Şamaxı, Lənkəran, Sabirabad, Bərdə, Ucar, Göygöl, Tovuz, Qax, Beyləqan, Salyan, Şəki)  vardır ki,  bunların bir neçəsi artıq fəaliyyətə başlamışdır. Laboratoriyaların 9-u müasir cihaz və avadanlıqlarla  təchiz olunub, qalan 3 mərkəz (Bərdə, Şəki və Ucar rayonları) üçün isə laboratoriya avadanlıqlarının alınmasına başlanılıb. Ölkədə istehsal olunan və əkin ücün nəzərdə tutulan bütün növ toxumlar  bu Toxum Sertifikatlaşdırma mərkəzlərində analiz olunacaq, keyfiyyəti müvafiq standartların tələblərinə cavab verən toxumlar sertifikatlaşdırılacaqdır. Bəzən fermerlər Təyinatı, mənşəyi bilinməyən əkin materialını bazardan alıb toxum kimi səpirlər. Bu hallar yolverilməzdir. Fermerlər sertifikatlı toxumlardan istifadə etməklə yüksək və keyfiyyətli məhsul əldə edə bilərlər.

 

- Toxum fondunun yaradılması bu sahənin inkişafına necə təsir edəcək?

 

Cənab Prezidentin  müvafiq sərəncamı ilə 02 mart 2015-ci il tarixində  Dövlət Toxum Fondu yaradımışdır. Fondun Xaçmaz, Şəki, Ağcabədi, Qobustan və Cəlilabad rayonlarında   gücü saatda 5 ton olan toxumtəmizləmə qurguları tikilir. Burada toxumların saxlanılması, təmizlənməsi, dərmanlanması, qablaşdırılması prosesləri  həyata  keçiriləcək və fermerlər  yüksək kondisiyalı toxumlarla təmin ediləcək. Təbii ki, Fondun fəaliyyətə başlaması bu sahənin inkişafına təkan verəcəkdir.

 

- Dövlət Sort-Sınaq Məntəqələrinin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində hansı tədbirlər həyata kecirilməsi  nəzərdə tutulub?

 

- Məlumat ücün bildirirəm ki, Dövlət Xidmətinin tabeliyində 1 Kimya texnoloyi   laboratoriya və 12 Dövlət Sort Sınaq Məntəqələri (Zaqatala, Göycay, İsmayıllı, Gədəbəy, Qazax, Qarabağ, Ağdam, Kürdəmir, Salyan, Lənkəran, Xacmaz və Qusar) fəaliyyət ğöstərir. Dövlət Sort Sınaq Məntəqələrinin maddi-texniki bazalarinin möhkəmləndirilməsii, sort sınaq işlərinin müasir tələblər səviyyəsində həyata kecirilməsi, dövlət reyestirində qeydiyyata alınmamış sort və hibridlərin mövcud qanunvericiliyə  uygun olaraq istifadəsinin qadagan olunması, ümumiyyətlə bu sahənin beynəlxalq standartlara uygun fəaliyyət ğöstərməsi istiqamətində tədbirlərin həyata kecirilməsinə başlanılıb.

 

Bir daha qeyd etmək istəyirəm ki, Dövlət Xidmətinin əsas  hədəfi yerli istehsal hesabına ölkəni yüksək keyfiyyətli Sertifikatlı toxumla təmin etməkdir.

 


Yazarlar