Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

ABŞ Rusiya silahlarını kosmosdan məhv edəcək

  38
14:50 09-08-2018
Şriftin ölçüsünü dəyiş  

Pentaqon kosmosda raketdən müdafiə üçün sensor qatı yerləşdirmək istəyir.

 

Paralel.az “Defense News” nəşrinə istinadən xəbər verir ki, bu yeni sistemlər Rusiyanın hipersəs raketləri və digər fantastik silahları əleyhinə effektiv olacaq.

Nəşrin bu məlumatı Raketdən Müdafiə agentliyinin direktoru general-leytenant Sem Qrivsin Alabama Ştatı Hantsvil şəhərində çıxışına istinadən yayıb.

 

Qrivsin sözlərinə görə bu sistemlərin kosmosda yerləşdirilməsi vacib və əhəmiyyətli bir məsələdir.

Burada əsas məsələ bu sensorlara qoyulan tələblər və onların əldə olunması prosesidir.

O, bu sensorların hipersəs raketləri və digər mürəkkəb hədəflərin izlənilməsi və məhvi ilə bağlı çox effektiv olacağını qeyd edib.

 

Həmçinin bu sistemin əsas yeniliyi onun bu raketlərin qalxış və atəşlənmə zamanı müəyyən edə bilməsidir.

 

Qeyd edək ki, Qrivs həmçinin agentliyinin raketlərin ələ keçirilib məhv edilməsinə hesablanmış kosmosda yerləşdiriləcək müdafiə sistemi üçün raketlərlə bağlı Pentaqonla danışıqlar apardığını bildirib.

 

Əvəz ZEYNALOV


Yazarlar