Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Kosmosda dövlət quran azərbaycanlı planlarını açıqladı

  41
22:00 22-07-2018
Şriftin ölçüsünü dəyiş  

Kosmosda Yerdən asılı olmayan "Asgardiya” adlı dövlət qurdğunu elan edən azərbaycanlı alim və milyarder, Rusiyanın S-300, S-400 raketlərini istehsal edən "Almaz-Antey” korporasiyasının rəhbəri olmuş İqor Aşurbəyli planlarını "Hürriyət” qəzetinə danışıb.

Paralel.az Virtualaz.org-a istinadən xəbər verir ki, Aşurbəyli dünyada mövcud dövlətlərin heç birinə bənzəməyən, yeni və müstəqil dövlət qurmaq ideyası onun beyninə təxminən 10 il əvvəl gəlib. Lakin bunun üçün torpağa ehtiyac var idi. Yer üzərindəki torpaqlar isə çoxdan bölüşdürülüb. Ona görə də alim qərara gəlib ki, öz dövlətini kosmosda qursun. "2016-cı ildə Montrealda kosmos qanunları mövzusunda konfransa qatılmışdım. Çıxışları dinlədikdə beynimdə bu ideya möhkəmləndi: yeni ölkə nədən kosmosda olmasın?”-Aşurbəyli deyib.

Beləlikə, Aşurbəyli öz dövlətini ötən il Vyanada rəsmən elan edib. Bu yaxınlarda isə "Asgardiya”nın parlamentini, hakimiyyətini formalaşdırmağa başlayıb. Onun bildirdiyinə görə hazırda hakimiyyətdə və parlamentdə 200-dən çox adam işləyir. "Asgardiya” ilk peykini ötən il kosmosa buraxıb. Növbədə digər peyklər var."25 il ərzində ilk asqardiyalının kosmosda məskunlaşmasını gözləyirik”-o deyib.

Aşurbəyli bildirib ki, "Asgardiya”nın bütün xərclərini hələlik o özü şəxsi büdcəsindən təmin edir. Lakin qarşıdakı 25 il ərzində bu dövləti qurmaq üçün 2.5 trilyon avro xərclənəcək.

 


Yazarlar