Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

“Bizi çətin oyununun gözlədiyini bilirik” - Baş məşqçi

  36
23:55 18-07-2018
Şriftin ölçüsünü dəyiş  

"Bakıdakı kimi çətin oyun olacaq. İlk görüşü 2 top fərqli üstünlüklə başa vursaq da, rəqibin güclü olduğunu və bizi çətin oyununun gözlədiyini bilirik". Paralel.az "Report"a istinadən xəbər verir ki, bunu "Neftçi" komandasının baş məşqçisi Roberto Bordin "Uypeşt"lə keçirəcəkləri Avropa Liqasının I təsnifat mərhələsinin cavab görüşündən öncə mətbuat konfransında deyib. Daha sonra italiyalı mütəxəssis yerli və azərbaycanlı jurnalistlərin suallarını cavablandırıb:

 

- Hava şəraiti bu dəfə oyununuza necə təsir edə bilər?

 

- İlk oyunda hava şəraiti çox isti idi. Bu, hər iki komandaya çətin idi. Bu dəfə isə sərindir və tərəflər istədikləri kimi oynaya biləcəklər.

 

- İlk görüşdə "Neftçi" rəqibini hansı komponentdə üstələdi və sabahkı görüşdə eyni motivasiya ilə oynamaqda problem varmı?

 

- Vurduğumuz qol bizə yaxşı mənada təsir etdi və qələbə qazandıq. Bu qələbə bizim motivasiyamıza təsirini göstərə bilər.

 

- "Uypeşt"dən sürpriz gözləyirsiniz?

 

- Bilmirəm nə sürpriz ola bilər. Əminəm ki, rəqib doğrudan da, güclü oynayacaq və biz buna hazır olmalıyıq.

 

- İlk görüşdə müdafiənin mərkəzində Ruslan Abışovla Kirilo Petrovun çıxışı sizi qane etdi?

 

- Onlar həqiqətən yaxşı oyun göstərdilər. Futbolçular həqiqətən də gözəl müdafiə olundular. Bütün komandanın çıxışını bəyəndim.

 

- Sabahkı oyunda Kvame Karikaridən yararlanmağı düşünürsünüz?

 

- Nəinki Karikari, bütün oyunçular sabah hazır olmalıdır. Kimin oynayacağına matç günü qərar verəcəyik.

 

- İlk oyunla müqayisədə cavab görüşündə start heyətdə çoxmu dəyişiklik gözlənilir?

 

- İlk "11-liy"i indidən açıqlamaq düzgün olmazdı. Amma Karikari, Emin Mahmudov və digər futbolçuların hamısı sabahkı oyuna hazırdırlar.


Yazarlar