Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Azərbaycana gələn əcnəbi turistlər ən çox bu ölkələrdəndir - SİYAHI

  62
13:00 17-07-2018
Şriftin ölçüsünü dəyiş  

Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, 2018-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycana dünyanın 189 ölkəsindən 1325 min və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,2 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Dövlət Statistika Komitəsindən Paralel.az-a verilən məlumata görə, gələnlərin 30,5 faizi Rusiya, 21,1 faizi Gürcüstan, 11,1 faizi İran, 10,8 faizi Türkiyə, 3,6 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2,1 faizi İraq, 2,0 faizi Ukrayna, 18,7 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olub.

Gələnlərin 68,5 faizini kişilər, 31,5 faizini isə qadınlar təşkil edib.

Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin 14,1 faizi yanvar, 12,5 faizi fevral, 20,9 faizi mart, 16,5 faizi aprel, 15,7 faizi may, 20,3 faizi isə iyun ayında ölkəyə gəlib.

Cari ilin yanvar-iyun aylarında Körfəz ölkələrindən (İran istisna) gələnlərin sayında daha çox artım müşahidə edilib. Ötən ilin yanvar-iyun ayları ilə müqayisədə ölkəmizə gələn Küveyt vətəndaşlarının sayı 5,1 dəfə, Səudiyyə Ərəbistanı vətəndaşlar - 3,5 dəfə, Bəhreyn vətəndaşları - 2,6 dəfə, Qətər vətəndaşları - 2,1 dəfə, Oman vətəndaşları - 1,6 dəfə, İraq vətəndaşları - 44,3 faiz və Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlarının sayı 8,8 faiz artıb. İrandan gələnlərin sayında 18,8 faiz azalma müşahidə edilib. Körfəz ölkələrindən gələnlərin ümumi sayı 4,9 faiz artaraq 276,6 min nəfər təşkil edib və ümumilikdə ölkəmizə gələnlərin demək olar ki, hər beş nəfərindən biri Körfəz ölkələrindən olub.

2018-ci ilin yanvar-iyun aylarında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 6,3 faiz artaraq 53,5 min nəfər, MDB ölkələrindən gələnlərin sayı isə 7,5 faiz artaraq 478,3 min nəfər olub.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 59,9 faizi dəmir yolu və avtomobil, 39,2 faizi hava, 0,9 faizi isə su nəqliyyatından istifadə edib.

2018-ci ilin yanvar-iyun aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,3 faiz artaraq 2019,8 min nəfər olub. Ölkə vətəndaşlarının 30,7 faizi Gürcüstana, 28,7 faizi İrana, 21,2 faizi Rusiyaya, 12,7 faizi Türkiyəyə, 1,7 faizi Ukraynaya, 1,2 faizi Birləşmiş Ərəb Əmirliklərinə, 3,8 faizi isə digər ölkələrə səfər edib. Səfər edənlərin 68,8 faizi kişilər, 31,2 faizi isə qadınlar olub.

Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 22,8 faiz artıb, Türkiyəyə gedənlərin sayı 6,8 faiz, Gürcüstana gedənlərin sayı 0,7 faiz, Rusiya Federasiyasına gedənlərin sayı 2,6 faiz azalıb.

Cari ilin yanvar-iyun aylarında xarici ölkələrə səfər etmiş Azərbaycan vətəndaşlarının 80,2 faizi dəmir yolu və avtomobil, 18,9 faizi hava, 0,9 faizi isə su nəqliyyatından istifadə edib.

 


Yazarlar