Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Bitkoin bir qədər də ucuzlaşdı

  50
00:55 12-07-2018
Şriftin ölçüsünü dəyiş  

Dünyada ən populyar kriptovalyuta olan bitkoin ucuzlaşmaqda davam edir. Paralel.az xəbər verir ki, bitkoin 6,4 min dollaradək ucuzlaşıb. Bu, İsveçrənin "Bancor" kriptovalyuta platformasının haker hücumuna məruz qalması fonunda baş verib.

 

"CoinMarketCap" portalının məlumatına əsasən bitkoinin qiyməti son sutka ərzində 1,33% ucuzlaşaraq 6,48 min dollar təşkil edib.

 

Alternativ kriptovalyutalar da ucuzlaşıb. Belə ki, "Ethereum" 6,71% və ya 435,4 dollaradək ucuzlaşıb, "Ripple" 4,21% (0,447 dollara qədər), "Bitcoin Cash" 4,7% (693,94 dollaradək) ucuzlaşıb.

 

Kriptovalyuta bazarının kapitallaşması hazırda 250,66 milyard dollar təşkil edir və bunun 44 faizi bitkoinin payına düşür.


Yazarlar