Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Serj Sarqsyanın qardaşı oğlu həbs edilib

  41
00:40 12-07-2018
Şriftin ölçüsünü dəyiş  

Yerevan məhkəməsi Ermənistanın keçmiş prezidenti Serj Sarqsyanın qardaşı oğlu Ayk Sarqsyan barədə həbs qərarı çıxarıb. Paralel.az "Report"a istinadən xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

 

"Məhkəmənin qərarı ilə Ayk Sarqsyan həbs edilib", - deyə məlumatda bildirilir. A. Sarqsyan qətlə cəhddə və qanunsuz silah saxlamaqda şübhəli bilinir.

 

Daha əvvəl Ermənistanın Milli Təhlükəsizlik Xidməti Serj Sarqsyanın qardaşı oğlu Narek Sarqsyanı axtarışa verib. O, qanunsuz silah və narkotik saxlamaqda və özgə əmlakını mənimsəməkdə ittiham edilir.

 

Keçmiş prezidentin kiçik qardaşı Levon və onun qızı Ani barədə axtarış elan olunub. Onlar qanunsuz yolla varlanmaqda və gəlir bəyannaməsindən yayınmaqda ittiham edilirlər.


Yazarlar