Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Gəncəyə baxanda

  18
18:45 11-07-2018
Şriftin ölçüsünü dəyiş  

Ən əvvəl regionun siyasi tablosuna yenidən nəzər salmaq önəm daşıyır.

 

İşğalçı Ermənistanda iğtişaşlar baş verdi. Aramsız mitinqlər ölkəni bürüdü. Hakimiyyət bir daha çevriliş yolu ilə dəyişdi.

Azərbaycanda vəziyyət fərqlidir. Sabitlik hökm sürür. Ölkənin inkişafı göz qabağındadır. Bütün dünya bunun şahididir. İlham Əliyev yüksək səs çoxluğu ilə yenidən prezident vəzifəsinə layiq görülür. Bir qədər sonra ölkənin hərbi paradı bütün Qafqazı, eləcə də məlum dairələri sarsıdır. Əsgəri gücümüzün yalnız bir hissəsi gələcək qələbələrdən xəbər verir.

 

 

Və bu ərəfədə gözlənilmədən Gəncənin icra başçısı Elmar Vəliyevə qarşı terror aktı törədilir. “Yatmış hücrələr” aktivləşir. Gəncədə qiyam çağırışları sosial medianı bürüyür. Bu çağırışlar hansısa mitinqdə deyil, qiyama ünvanlanır. İyulun 10-da keçiriləcək aksiyaya əməlli-başlı hazırlıqlar görülür. Və hadisələr başlanır.

 

 

Qara köynəkli qrupun törətdiyi qanlı olaylar - yüksək rütbəli iki polis əməkdaşının qətlə yetirilməsi çoxlarını ayıldır və bəziləri qaçaraq bu qanlı meydanı tərk edir.

 

İnsanları o meydana toplamaq üçün dinçi (dindar yox, dinçi) çağırışlardan istifadə edilir. Əhalinin həssas hisslərinə bu yolla toxunmaqla onları öz əməllərinə sipər etmək cəhdləri də göz qabağındadır.

 

Gəncə hadisələri hazırlanmış, aktyorları təyin edilmiş, silahlandırılmış və bir mərkəzdən idarə olunan olaylardır. Amma bir daha gördülər ki, Azərbaycanı belə əməllərlə sarsıtmaq mümkün deyil. Xalqın birliyi, hərbi güc, ölkədəki sabitlik, inkişaf buna yol verməz.

 

 

Əlbəttə, istintaq Gəncə hadisələrinin kökünü, məqsədini çıxış nöqtəsindən tutmuş sona qədər üzə çıxaracaq. Xalqımız isə bütün dünyaya bir daha mesaj verdi - Azərbaycan işğalçı başıpozuq Ermənistana, ya da hansısa geridə qalmış müsəlman ölkəsinə bənzəmir. Ölkənin inkişafına paxıllıq edən, çatlayan, partlayan dairələr nəhayət bu həqiqəti qəbul etməlidirlər. Terrorla, radikal dini çağırışlarla, qarayaxmalarla bizi sarsıtmaq mümkün deyil!

 

Hidayət Elvüsal

 

 


Yazarlar