Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

“Hansısa məmura qarşı etiraz dövlətçiliyə yönəlməməlidir” - Deputat  

  113
18:05 11-07-2018
Şriftin ölçüsünü dəyiş  

“Belə hadisələrin olması yaxşı hal deyil. Bizi əsas dövlətimizin müstəqilliyi maraqlandırmalıdır. Kimin kimə qarşı nə iddiası, tələbi varsa bu başqa məsələdir. Mən hesab edirəm ki, Gəncədə baş verən hadisədə xarici qüvvələrin əli var. Onlar Azərbaycanı qarışdırmaq istəyirlər”.

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov dünən Gəncə İcra Hakimiyyətinin qarşısında keçirilən icazəsiz aksiyaya münasibət bildirərkən deyib.


Deputat bildirib ki, biz elə etməliyik ki, Azərbaycanda belə problemlər yaranmasın.


“Hadisə nəticəsində ölən 2 yüksək vəzifəli polis zabitlərinə Allahdan rəhmət diləyirəm. İndiki zamanda zora əl atmaq qəbulolunmazdır. Bunların hamısı Azərbaycanın müstəqilliyinə xələl gətirə bilər. Hansısa məmura qarşı məyyən nöqsanlar, etirazlar ola bilər. Amma bu etirazlar Azərbaycan dövlətinə qarşı olmamalıdır. Ona görə də biz bütün bunları yoluna qoymaq üçün hamı bir nəfər kimi birləşib Azərbaycanın dövlətçiliyini müdafiə etməliyik. Əlbəttə ki, mən belə halları pisləyirəm. Belə hallara yol vermək olmaz”.


Yazarlar