Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Sabunçu-Zabrat yolunda tıxacın qarşısı belə alınacaq

  22
13:35 11-07-2018
Şriftin ölçüsünü dəyiş  

Bakı Nəqliyyat Agentliyi (BNA) Sabunçu-Zabrat yolunda hərəkətə mane olan halların aradan qaldırılması işlərinə başlayıb.

Agentlikdən Paralel.az-a verilən məlumata görə, paytaxt yollarında tıxac və digər problemlərin həlli istiqamətində layihələrin icrası davam etdirilir. İşlər çərçivəsində Zabrat şosesinin Heydər Əliyev prospekti ilə kəsişən hissəsində (Sabunçu yol qovşağı) yerüstü piyada keçidinin yaxınlığında işlərə başlanılıb.

Bu məqsədlə, yerüstü piyada keçidinin yaxınlığında yerləşən dayanacaq məntəqələrinin yeri dəyişdirilərək cib tipli təşkil ediləcək. Bununla da günün pik saatlarında qeyd edilən yolda nəqliyyatın hərəkətində müşahidə edilən tıxacın aradan qaldırılması və sərnişinlərinin rahatlığının, eləcə də təhlükəsizliyinin təmin edilməsi mümkün olacaq.

 


Yazarlar