Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Sahil Babayev yoxlamalardan danışdı: “...vəziyyət nəzarətimizdədir”  

  74
13:30 11-07-2018
Şriftin ölçüsünü dəyiş  

“Qeyri-rəsmi məşğulluqla bağlı vəziyyət nəzarətimizdədir. Tikintilərdə qeyri-rəsmi məşğulluqla əlaqədar monitorinqlər aparılır. Həmin yerlərdə müqaviləsiz işə cəlbetmə halları aşkar edildikdə, cəza tədbirləri görülür”.

 

Paralel.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev mətbuat konfransında bildirib.

 

Nazir Prezident İlham Əliyevin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” imzaladığı qanunu xatırladıb:

“Qanun 2021-ci ilədək qüvvədə olacaq. Bu, sahibkarlığın inkişafına stimul verir. Biz çalışırıq ki, yoxlamaları elektron sistemlər vasitəsilə edək. Yəni məmur-vətəndaş təması olmasın. Bu sahədə çox ciddi işlər görülür. Yaxın müddətdə görülən işlərin nəticəsi ictimaiyyətə açıqlanacaq".


Yazarlar