Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

“Ərdoğanın ilk səfərini məhz Azərbaycana etməsi təsadüfi deyil”

  36
11:17 11-07-2018
Şriftin ölçüsünü dəyiş  

Rəcəb Tayyib Ərdoğanın prezident seçildikdən sonra ilk səfərini məhz Azərbaycana etməsi təsadüfi deyil.

Paralel.az xəbər veri ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

Səfir qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev də növbəti dəfə prezident seçildikdən sonra ilk rəsmi səfərini Türkiyəyə etmişdi:

"Bu səfərlər Türkiyə ilə Azərbaycan arasında çox mühüm ənənə halını alıb. Azərbaycanla Türkiyə hər zaman birlikdə olan iki dövlətdir. Hər zaman bir-birimizə dəstək olmağa davam edəcəyik".

Diplomat qeyd edib ki, hər iki qardaş ölkə bir-birinə dəstək olduğu müddətdə daha da irəliyə gedəcək.

E.Özoral əlavə edib ki, Türkiyə və Azərbaycan yalnız iqtisadi baxımdan deyil, digər sahələrdə də əməkdaşlıq edir və bundan sonra da etməyə hazırdır: "Türkiyənin imkanları Azərbaycanın imkanlarıdır. Əlimizdə nə varsa, sizinlə paylaşmağa hazırıq".

Yazarlar