Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Fuad Muradovun Avropa səfəri Fransadan başladı  

  84
11:17 11-07-2018
Şriftin ölçüsünü dəyiş  

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Avropaya rəsmi səfəri çərçivəsində Fransada bir sıra görüşlər keçirib.

Komitədən Paralel.az-a verilən məlumata görə, səfərin ilk günü F.Muradov Azərbaycan Respublikasının Fransadakı səfirliyində olub, ümumilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyub. Sonra o, Fransanın daxili işlər naziri Gerard Collombun diplomatik məsələlər üzrə müşaviri Frederic Jung və Fransa Senatının Fransa-Qafqaz Dostluq qrupunun rəhbəri Alen Uperlə görüşüb.

Fuad Muradovun rəhbərlik etdiyi nümayəndə heyətinin həmçinin Azərbaycanın Dostları Assosiasiyasında, eləcə də Azərbaycan Xalq Cümhuriyyəti mühacirlərinin ailə üzləri və azərbaycanlı ailə ilə maraqlı görüşü olub.

Diasporla İş üzrə Dövlər Komitəsinin sədri Fuad Muradov Avropa ölkələrinə ilk rəsmi səfərə çıxıb. Komitə sədri 4 ölkədə - Fransa, Almaniya, Rumıniya və Ukraynada bir sıra rəsmi şəxslərlə, eyni zamanda həmin ölkələrdə yaşayan azərbaycanlılarla və diaspor təşkilatları ilə görüşəcək.
Səfər proqramına ictimai xadimlər, Azərbaycanın ali məktəblərindən məzun olmuş xarici vətəndaşlar, Azərbaycan Xalq Cümhuriyyəti mühacirlərinin ailə üzvləri, həmçinin xaricdə təhsil alan azərbaycanlı gənclərlə görüşlər də daxildir.

Yazarlar