Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

V-VI əsrlərdə tikilən Amaras monastrını
xristianlar və müsəlmanlar birgə ziyarət ediblər

  92
17:39 10-07-2018
Şriftin ölçüsünü dəyiş  

"Tanrı sizə gözəl və əsrarəngiz bir ölkə, zəngin mədəniyyət, səxavətli və qonaqpərvər qəlb bəxş edib"

 Qloballaşan dünyamızda multikulturalizmi və tolerantlığı ən yuksək səviyyədə qoruyan və inkişaf etdirən azsaylı ölkələrdən biri də, Azərbaycan respublikasıdır.

Ölkəmizdə dövlət-din münasibətlərinin tənzimlənməsi baxımından heç bir problemin yaşanmaması, dövlətimizin bu münasibətlərə veridyi önəmin və dəstəyin nəticəsidir. Bugünkü müstəqi məmləkətimizdə multikulturalizm və tolerantlıq, artıq həyat tərzinə çevrilib və möhtərəm prezidentimiz, cənab İlham Əliyevin də qeyd etdiyi kimi, "Bu yoldan dönüş yoxdur". Bütün bu məsələləri biz artıq dəfələrlə müzakirə etmişik, bu gün isə diqqətinizə Azərbaycanda mövcud olan tolerant mühiti əcnəbilərin dilindən təqdim etmək istəyirik. Bilirsiniz ki, son 10-15 ildə Azərbaycan sözün həqiqi mənasında dünyanın multikulturalizm mərkəzinə çevrilib. Ölkəmizdə baş tutan çoxsaylı tədbirlərdə, dünyanın hər yerindən tanınmış siyasətçilər, din xadimləri jurnalistlər və sair insanlar iştirak edirlər ki, onlar da Azərbaycanın bütün dünyada tanıdılmasında mühüm rol oynayırlar. Azərbaycan reallıqlarını beynəlxalq aləmdə təbliğ etməklə, ölkəmizin imicinin yüksəlişinə xidmət edirlər. Belə qonaqlardan biri də, bu yaxınlarda ölkəmizdə səfərdə olan "Həyat sözü" beynəlxalq təşkilatının icraçı katibi, "Həyat sözü" Bibliya mərkəzi prezidentinin müavini Aleksandr Neretindir. Oxucularımız üçün maraqlı olacağını nəzərə alaraq onun Vesti.az saytına müsahibəsinin, bizim üçün maraqlı görünən hissələrini diqqətinizə çatdırmaq istəyirik.

 Aleksandr Neretin qeyd edir ki, uşaq vaxtı yazıb-oxumağı öyrəndiyim "SSRİ" adlı fotoalbomu hər dəfə vərəqləyəndə baxışlarım uzun müddət bir şəkilin üzərində ilişib qalırdı. Məni öz sehrinə alan həmin şəkil Bakının Xəzərin sahilində ucalan, ölkənizin əzəli və əbədi rəmzi "Qız qalası"nın fotosu idi. Daha sonralar iş elə gətirdi ki, fəaliyyətimlə bağlı Bakıya tez-tez gəldim və bu şəhərlə, onun tarixi abidələri, mədəni həyatı, ilk növbədə insanları ilə yaxından tanış olmaq imkanı qazandım. Bu imkanların gerçəkləşdiyi ilk anlardan da, içimi hər zaman "Qız qalası"nın şəklinə baxdığım zaman keçirdiyim təəssürütlarla harmoniya təşkil edən qəribə və xoş ovqat bürüdü. Bu, təkcə sıradan bir hiss deyildi, bu həm də, adi uşaq marağının sonradan adamın həyatının mühüm bir parçasına çevrilməsindən doğan məmnunluq hissiydi.

-Mənə belə gəlir ki, bu gün Azərbaycan keçmiş SSRİ respublikaları arasında bəlkə də ən çox inkişaf edən ölkələrdən biridir. Qısa zaman ərzində, həm də çox qarışıq və təlatümlü hadisələrin fonunda baş verən bu uğurlu inkişaf, heç şübhəsiz, ölkənin böyük potensialından xəbər verir. Təsəvvür edin ki, 1994-cü ildə rastlaşdığım mənzərəni xatırlayanda və bugünkü reallıqları görəndə mənim də buna inanmağım gəlmir. Lakin əminəm ki, Azərbaycan hələ də öz gələcək inkişaf potensialından tam istifadə etməyib, gələcəkdə bu yöndə görüləcək işlər və ölkənin potensialı göz qabağındadır. Mən öz Azərbaycanlı dostlarıma bu sözləri tez-tez xatırladıram: "Tanrı sizə gözəl və əsrarəngiz bir ölkə, zəngin mədəniyyət, səxavətli və qonaqpərvər qəlb bəxş edib, bunu unutmayın, Yaradana buna görə şükür edin və öz gələcəyinizi qurmağa davam edin!"

Bunu da qeyd etmək lazımdır ki, ölkənin və xalqın həyatının bütün sahələrini ehtiva edən bu inkişafı şərtləndirən, qarşısıalınmaz prosesə çevirən əsas amil ümummilli lideri Heydər Əliyevin müəyyənləşdirdiyi kursun davam etdirilməsindən, həm də uğurla, yaradıcı şəkildə və iqtisadiyyatın getdikcə daha sürətlə qloballaşdığı, liberal dəyərlərin, postmodernist estetikanın mənəvi dəyərlər sistemini daha çox öz inhisarı altına aldığı çağdaş dünyada baş verən mürəkkəb gəlişlmələrə uzlaşdırmaqla davam etdirilməsi ilə bağlıdır. Görünəni odur ki, bu proses Azərbaycanda alındı və indi Yer kürəsinin xəritəsində çox kiçik yer tutan bu ölkə dünyaya öz uğurlu inkişaf modelini təqdim edir.

Bu modelin təfərrüatlarına varmazdan əvvəl, qısa tarixi ekskursa ehtiyac duydum. Bizim icmamız burada fəaliyyət göstərməyə başlayandan sonra mən Azərbaycanın tarixiylə az-çox maraqlanmağa başladım. Azərbaycan zaman-zaman müxtəlif sivilizasiyaların beşiyi və məskəni olub. İslam dinindən əvvəl xalq Zərdüştün dininə, xristianlığa sitayiş edib. Çox maraqlıdır ki, nə o zaman, nə də İslam dininın tam yayıldığı sonrakı dövrlərdə insanlar arasında dini zəmində heç bir ciddi qarşıdurma olmayıb. Heç bir dinin təmsilçiləri sıxışdırılmayıb, onların müqəddəs yerləri məhv edilməyib. Təsadüfi deyil ki, bu gün Azərbaycanın hər yerində həm atəşpərəstlərə, həm də xristianlara aid maddi-mədəniyyət abidələrinə, məbəd və kilsələrə, monastrlara rast gəlmək mümkündür. Əsrlərin sınağına tab gətirən bu müqəddəs ocaqların hansı dinə aid olmasından asılı olmayaraq, həm dövlət tərəfindən qorunur, həm də yerli əhali tərəfindən ehtiramla yad edilir. Məsələn, bu gün yüksək səviyyədə təmir edilən Suraxanı atəşgahı və yaxud müqəddəs Faddeyin şagirdi müqəddəs Yeliseyin hələ bizim eranın I əsrində Şəki rayonunun Kiş kəndində tikdirdiyi kilsə dinindən, millətindən asılı olmayaraq, hər bir azərbaycanlının ehtiramla yad etdiyi müqəddəs bir məkandır. Hazırda Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Xocavənd rayonunda yerləşən, Alban çarı üçüncü Vaçaqanın dövründə (V əsrin sonları və VI əsrin əvvəlləri) tikilən Amaras monastrını da, işğaldan əvvəl xristianlar və müsəlmanlar birgə ziyarət ediblər.

Ümumiyyətlə, bugünkü Azərbaycanda Alban çarlığı dövründən yadigar qalan onlarla kilsə, məbəd, monastr və başqa abidələr var ki, bunlar bütün tarixi dövrlərdə həm yerli əhali, həm də dövlət tərəfindən qayğıyla əhatə olunub, mühafizə edilib. Hansı abidələr ki, zamanın təbii sınaqlarına tab gətirib, hazırda Ermənistan silahlı qüvvələrinin işğalı altında deyil, bu gün də dövlət tərəfindən yüksək səviyyədə qorunur.

Tarixə bu qısa baxış, bu gün Azərbaycanda gedən proseslərin alt qatına varmaq, onların məğzini anlamaq baxımından çox vacibdir. Bu da məlumdur ki, hazırda Azərbaycanın adı dünyanın ən tolerant ölkələrinin ön sıralarında çəkilir və bu da birbaşa cənab İlham Əliyevin və onun xanımı, ölkənin birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın çox gərgin və məqsədyönlü fəaliyyətlərinin nəticəsidir. Onlar Azərbaycan xalqının başqa dinin nümayəndələrinə, etnik qruplara, fərqli mədəniyyətin təmsilçilərinə qarşı tarixən formalaşmış müsbət, dözümlü münasibətlərini, davranış və xarakterini əsl mənəvi kapitala çeviriblər.

Bütün bu məsələlərin mahiyyətinə varanda, xeyli maraqlı mənzərələr göz önünə gəlir. Dünyada gedən sürətli qloballaşma prosesi müəyyən qrup insanların çox ciddi etirazıyla qarşılaşır. Onlar hesab edirlər ki, qloballaşma bəşəriyyətin öz simasını itirməsinə, onun tarix boyu əldə etdiyi milli, dini, mənəvi dəyərlər sistemindən məhrum edilməsinə səbəb olacaq. Azərbaycan da bu gün qloballaşma prosesinin aktiv iştirakçısı, nəhəng layihələrin gerçəkləşməsində iştirak edən, həmin meqalayihələrin önəmli tərfdaşı olan bir ölkədir. Bunlarla yanaşı, Azərbaycanda həm də multukulturalizmin inkişafı sahəsində böyük işlər görülür və konkret nəticələr əldə edir. Bu gün, artıq siyasi termin kimi leksikonumuza daxil olan "multikulturalizmin Azərbaycan modeli" nin mahiyyəti də, məhz budur. Yəni, qloballaşma vacib prosesdir, ancaq bu proses multikultural dəyərlərin üstündən xətt çəkilməsi hesabına aparılmamalıdır. Multikultural dəyərləri qoruyub saxlamaq, qloballaşma prosesiylə uzlaşdırmaq üçün ortaq məxrəc tapılmalı, bəşəriyyətin tərəqqisinə onun min illər boyu əldə etdiyi müsbət ənənələrdən, milli, dini özünəməxsusluqdan imtina edilməsi, onların itirilməsi hesabına nail olunmamalıdır. Başqa sözlə desək, qloballaşma mədəniyyətlərin assimliyasiyasına deyil, onların birgə inkişafına və inteqrasiyasına səbəb olmalıdır. Bu proses nəticəsində yalnız zərərli ənənələr sıradan çıxarıla bilər, amma bütövlükdə hər hansı bir xalqın mədəniyyətinin sıradan çıxarılması və ya assmilyasiyası yolverilməzdir.

Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bu prosesdə oynadığı rol da olduqca təqdirəlayiqdir və çoxlarına nümunə ola bilər. Onun Azərbaycan milli mədəniyyətinin və incəsənətinin dünyada, dünya mədəniyyətininsə Azərbaycanda təbliğ edilməsi sahəsindəki şəxsi təşəbbüsləri, təhsil və incəsənətin müxtəlif sahələrini əhatə eləyən çoxşaxəli layihələri dediyimizə sübutdur. Məncə, bu sahədə qazanılan zəngin təcrübə digər ölkələr üçün də yaxşı nümunə ola bilər.

"Həyat sözü" dini icmamız ötən əsrin 90-cı illərin əvvəllərindən Azərbaycanda fəaliyyət göstərdiyi üçün mən həmin vaxtdan etibarən tez-tez bu ölkənin qonağı oluram. Odur ki, bu məqalədə yazdıqlarım təkcə oxuduqlarımdan, eşitdiklərimdən yox, həm də gördüklərimdən yaranan qənaətlərimdir. Azərbaycanda dini tolerantlığın yüksək səviyyədə olması, təkcə bizim kilsəmizin yox, Azərbaycanda sərbəst şəkildə fəaliyyət göstərən digər çoxsaylı konfessiyaların timsalında da özünü aydın göstərir.

Bu yazıda qeyd olununlar bir daha sübut edir ki, Azərbaycan duz yoldadır və bu yoldan dönmək fikrində deyil.

 “Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyilə çap olunub

Yazarlar