Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Ərdoğanın Azərbaycan səfərinin proqramı açıqlanıb

  48
12:32 10-07-2018
Şriftin ölçüsünü dəyiş  

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfər proqramı açıqlanıb.

Paralel.az “Report”a istinadən xəbər verir ki, dövlət başçısı iyulun 10-da Bakıda birgünlük səfərdə olacaq. 

Bu, iyunun 24-də keçirilən prezident seçkisində qalib gələn R.T.Ərdoğanın yeni dönəmdə dövlət başçısı kimi xarici ölkəyə ilk rəsmi ziyarətidir. 

Türkiyə prezidenti Bakıda Şəhidlər xiyabanı və Türk şəhidliyini ziyarət edəcək. Azərbaycan Prezidenti İlham Əliyev türkiyəli həmkarını rəsmi mərasimlə qarşılayacaq. Daha sonra iki ölkənin prezidentləri arasında təkbətək görüş olacaq. Təkbətək görüş başa çatandan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti R.T.Ərdoğanın nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olacaq.

Bu tədbirlərdən sonra dövlət başçıları birgə mətbuat konfransı keçirəcək.

R.T.Ərdoğan Azərbaycana səfərini başa vurduqdan sonra Bakıdan Şimal Kipr Türk Cümhuriyyətinə yola düşəcək. Türkiyə prezidenti Lefkoşada Atatürk Xatirə Kompleksinə çələng qoyacaq. O, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Mustafa Akıncı ilə təkbətək görüşəcək və birgə mətbuat konfransı keçirəcək. 

 

Yazarlar