Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Elmar Məmmədyarovun erməni nazirlər görüş yeri məlum oldu

  64
12:27 09-07-2018
Şriftin ölçüsünü dəyiş  

Azərbaycan və Ermənistan xarici işlər nazirinin növbəti görüşü Brüsseldə keçiriləcək.

Paralel.az-ın məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib.

E.Məmmədyarov qeyd edib ki, iyulun 11-də Brüsseldə NATO-nun Zirvə toplantısı çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Ermənistanın xarici işlər naziri ilə görüş keçiriləcək.

Onun sözlərinə görə, artıq Minsk qrupunun həmsədrləri də bu görüşlə bağlı işləri yekunlaşdırıblar. Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edəcək.

Görüş əsnasında Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi müzakirə olunacaq.

Yazarlar