Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

“Qəzanın səbəbləri araşdırılacaq, günahkarlar məsuliyyətə cəlb olunacaq” - Deputat

  70
12:57 06-07-2018
Şriftin ölçüsünü dəyiş  

"Prezident İlham Əliyevin yanında keçirilən müşavirədə ölkəmizdə enerji sektorunda baş vermiş qəza geniş təhlil olundu. Məsələ dövlət başçısının şəxsi nəzarətindədir. Şübhəsiz ki, yaradılmış Dövlət Komissiyası qəzanın səbəblərini araşdıracaq və ictimaiyyətə məlumat veriləcək. Cənab Prezident bununla bağlı konkret tapşırıqlar verdi".

 

Bu fikirləri Milli Məclisin deputatı Mirzəcan Xəlilov deyib. M.Xəlilov bildirib ki, son illər ərzində ölkəmizin bütün bölgələrində yeni elektrik stansiyaları tikilib istifadəyə verilib. Son 15 ildə 2500 meqavat gücündə yeni elektrik stansiyaları tikilib və hazırda ölkəmizin enerji potensialı 6400 meqavata bərabərdir. Onun sözlərinə görə, bütün bunlar ölkəmizin enerji təhlükəsizliyinin təmin olunmasına xidmət edir. "Amma bu hadisə göstərdi ki, dövlət başçısının enerji sektoruna bu qədər investisiya ayırdığı bir şəraitdə son hadisə enerji sistemimizə müəyyən dərəcədə ziyan vurdu. Ona görə də, dövlət başçısı müşavirədə qeyd etdi ki, məsələ çox ciddi şəkildə araşdırılmalı və günahkarlar məsuliyyətə cəlb olunmalıdır", - deyən millət vəkili əlavə edib ki, qəzanın nəticələrinin aradan qaldırılması üçün dövlət qurumları bütün imkanlardan istifadə ediblər və onların fəaliyyəti dövlət başçısı tərəfindən yüksək qiymətləndirilib.

 


M.Xəlilov qeyd edib ki, dövlət başçısının tapşırığı ilə qəzanın aradan qaldırılması istiqamətində müvafiq addımlar atılmaqdadır. Müvafiq dövlət komissiyası və əlaqədar qurumlar artıq bu istiqamətdə fəaliyyət göstərirlər. Prezident İlham Əliyev əlavə tədbirlərin görülməsi ilə bağlı qəti tapşırıqlarını verdi ki, gələcəkdə əgər hər hansı bir qəza baş verərsə ümumi sistemə bunun təsiri olmasın, yəni, qəza lokal xarakter daşısın.

 

"Cənab Prezidentin qeyd etdiyi kimi, bu hadisələr zamanı Azərbaycan vətəndaşları böyük vətəndaş həmrəyliyi göstərdilər. Bütövlükdə Azərbaycan cəmiyyəti bu çətin sınaqdan şərəflə çıxa bildi. Çünki Azərbaycan cəmiyyəti çox yetkin cəmiyyətdir və ölkəmizdə vətəndaş həmrəyliyi mövcuddur"-deyə, deputat vurğulayıb.

Yazarlar