Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi ilə bağlı sərgi - Fotolar +

  136
22:40 23-06-2018
Şriftin ölçüsünü dəyiş  

AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) Sərgi salonunda Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi ilə bağlı sərgi açılıb. Modern.az xəbər verir ki, sərgidə kitabxana fondlarında mühafizə olunan bir sıra kitablar nümayiş olunub. Belə ki, “Milli qəhrəmanlarımız”, “Azərbaycanda Ali baş komandanlıq institutunun Heydər Əliyev mərhələsi”, “Azərbaycanın hərb tarixi”, “General Əliağa Şıxlinski”, “Azərbaycan ordusu”(1918-1920), “Generalı xatırlayarkən”, “Qüdrətli ordumuz”, “Azərbaycanın orta əsr silahları”, “Hərbi məktəblərin banisi”, “General Əbilov”, “Azərbaycan kəşfiyyatı və əks-kəşfiyyat” (1918-1920), “Ali baş komandanım”, “Azərbaycan hərbi dənizçilik tarixi”, “Hərbi Topoqrafiyanın və geodeziyanın əsasları”, “Raket və reaktiv yanacaqları” kimi kitablar sərgilənib.

 

Məlumat üçün bildirək ki, sərgidə nümayiş edilən kitablar kitabxananın elektron kataloqunda qeyd olunaraq MEK-in həyata keçirdiyi, 2017-ci ilin dekabr ayından başlayaraq isə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən dəstəklənən “Milli Rəqəmsal Yaddaş üçün ümummilli əhəmiyyət kəsb edən məlumatların toplanması, ekspertizası və etibarlı saxlanılması” layihəsi çərçivəsində formalaşdırdığı MRY bazasında yerləşdirilib. O cümlədən, kitabxana fondlarında "Milli Ordumuz - Milli Qəhrəmanlarımız" mövzusunda 427 sayda sənəd aşkar edilərək elektron kataloqda qeyd olunub, rəqəmsallaşdırılıb, onlardan 42 nüsxəsi MRY bazasında yerləşdirilib. Eləcə də, Aprel döyüşlərində şəhid olan hərbçilərimizin siyahısı, onlar haqqında məlumatlar, Azərbaycanın Milli Qəhrəmanlarının, Qarabağ döyüşlərində, Əfqanıstan müharibəsində həlak olmuş azərbaycanlıların siyahısı da MRY bazasında yerləşdirilib.

Sərgi iyul ayının 3-dək davam edəcək.

 


Yazarlar