Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Qarabağa gedənlərin bədbəxt sonluğu...

  56
17:30 13-06-2018
Şriftin ölçüsünü dəyiş  

Azərbaycan XİN-i Dağlıq Qarabağa rəsmi Bakıdan icazə almadan səfər edən şəxsləri “qara siyahı”ya salır. Bu siyahıda olan şəxslər ölkəmizdə “arzuolunmaz şəxslər” sayılır.

 

Təəssüf ki, çoxsaylı xəbərdarlıqlara baxmayaraq, regiona icazəsiz səfər edənlərin sayı artır. XİN-in son siyahısında dünyanın müxtəlif ölkələrindən olan 710 nəfər “qara siyahı”da yer alıb.

Onların bəzilərinin taleyində Qarabağ səfəri xüsusi faciəvi rol oynayıb. Paralel.az belə faciəvi sonluq yaşayan bir qism siyasətçinin adını təqdim edir.

 

İyunun 8-də CNN telekanalının aparıcısı və məşhur aşpaz Entoni Burdenin cəsədi Fransada çəkiliş aparmaq üçün yerləşdiyi mehmanxanada aşkar olunmuşdu.  Aparıcının cəsədini dostu Erik Ripper aşkar etmişdi. 61 yaşlı Burdenin intihar etdiyi açıqlanmışdı. Amma onun niyyətini hansı yolla gerçəkləşdirdiyi açıqlanmır.

 

Entonu Burden Azərbaycan auditoriyasına 2017-ci il oktyabrın 24-də XİN-nin “qara siyahısı”na düşməsindən sonra məlum olmuşdu. CNN-nin aparcısı “Entonu Burden: naməlum yerlər” adlı verilişi üçün Ermənistana, oradan isə Qarabağa getmişdi.

 

Həmin verilişi mayın 21-də CNN ekranlarına çıxmışdı. Burden isə həmin buraxılışdan 19 gün sonra intihar edib .

 

Məşhur rusiyalı jurnalist və blogger Anton Nosik üçün də Qarabağ səfəri düşərli olmayıb. 2017-ci ilin martında Qarabağa qanunsuz səfər etmiş blogger buna görə Azərbaycanın “arzuolunmaz şəxslır” siyahısına düşmüşdü. Nosik 2017-ci il iyulun 9-da Moskvadakı evində ürək tutmasından keçinmişdi. Onun cəmi 51 yaşı var idi.

 

Siyahıdakı sonuncu şəxs isə Belarusdan Azərbaycana deportasiya olunduğu görüntülərə bütün Azərbaycanda məşhur olmuşu. Rusiya və İsrail vətəndaşı olan Aleksandr Lapşin Dağlıq Qarabağa səfər etməklə kifayətlənməmiş, Azərbaycanın “qara siyahısı”da olmasına baxmayaraq, saxta sənədlərlə ölkəmizə də səfər etmiş, öz səhifəsində sərt şərhlər vermişdi.

 

2011-ci ildən “qara siyahı”da olan Lapşin sonradan beynəlxalq axtarış verilmiş və 2017-ci ilin fevralında Belarusdan Azərbaycan ekstradisya olunmuşdu. Cinayət Məcəlləsinin 2 maddəsi ilə ittiham olunan səyyah həmin il sentyabrın 11-də İlham Əliyevin sərəncamı ilə əfv olunaraq ölkə ərazisindən deportasiya olunmuşdu.  

 

 

   

 

   

 

 


Yazarlar