Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Mətbuat Şurasının şikayətlərə baxıldı

  20
17:00 13-06-2018
Şriftin ölçüsünü dəyiş  

Bu gün Azərbaycan Mətbuat Şurasının (MŞ) Şikayətlər üzrə Komissiyasının iclası keçirilib. Paralel.az xəbər verir ki, toplantını açan MŞ sədrinin müavini, komissiya sədri Müşfiq Ələsgərli gündəlikdəki məsələlər barədə məlumat verib. Gündəlik səsə qoyularaq qəbul edilib.

Öncə Beyləqan rayon Təhsil Şöbəsinin bir qrup əməkdaşının “cianews.info”  saytına qarşı şikayətinə baxılıb. Komissiya üzvləri rəyə gəliblər ki, məsələnin daha detallı araşdırılmasına ehtiyac var. Belə ki, “cianews.info” xəbər saytı  özü faktiki fəaliyyət göstərsə də, üzərində əlaqə nömrələri, rekvizitləri yoxdur. Bu isə KİV haqqında qanunvericiliyə ziddir.  Bu sayt ilə əlaqədar digər məqamlar da nəzərdən keçiriləcək.

Gündəlikdəki ikinci məsələ “Uşaq və Tələbə Gənclər Dünyası” İctimai Birliyinin sədri Bəxtimşah Tağıyevanın bir qrup saytlara  qarşı müraciəti olub. Komissiya üzvləri rəyə gəliblər ki, şikayətçi tərəf öz şikayətini əsaslandırmaq üçün yetərli arqument gətirə bilməyib. Belə ki, xəbər saytları onun cəmiyyətdə narazılıq doğuran və inanclı insanların təhqiri kimi qarşılanan açıqlamasını faktiki olaraq ictimaiyyət üçün açıq etdiyi çıxışına istinadla yayıblar. Həmçinin, sonradan, onun üzrxahlığını da dərc ediblər. Bu baxımdan KİV-lər məsələyə görə məsuliyyət daşımırlar.

Dövlət Tibbi Sosial Ekspertiza və Reablitasiya Xidmətinin Şirvan şəhər Əlillərin Bərpa Mərkəzinin baş həkimi Könül Şahmalı qızı Abbasovanın “xeberekspress.az” saytının keçmiş əməkdaşı  Akif Cəfərova,  “doğruxeber.az”  və digər saytlara qarşı şikayətinə baxan komissiya üzvləri qərara gəliblər ki, məsələ daha geniş kontekstdə MŞ-nin “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasında araşdırılsın.

Bakı şəhər sakini Allahverdi Mirzəyevin “Dəryaz.az” saytına qarşı müraciətinin müzakirəsi zamanı rəyə gəlinib ki, xəbər saytı Peşə davranış qaydalarının balans və oyektivlik prinsipini pozub. Sayta xəbərdarlıq edilib.


Yazarlar