Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Prokurorluğun günahlandırdığı deputat danışdı  

  108
15:25 13-06-2018
Şriftin ölçüsünü dəyiş  

Gürcüstanın Marneuli rayonu İcra Hakimiyyətinin başçısı Temur Abazov prokurorluğa çağırılıb. APA-nın məlumatın görə, Marneulidə baş vermiş insidentdə Gürcüstan parlamentinin azərbaycanlı deputatı Azər Süleymanovun da adı keçir.  Günahlarının sübut olunacağı təqdirdə, onları 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası gözləyir. Artıq Baş Prokurorluq A. Süleymanova qarşı ittiham irəli sürülməsi ilə bağlı qərar qəbul edib.

Paralel.az saytı məsələ ilə bağlı Azər Süleymanovla əlaqə saxlayıb. O, saytımıza açıqlamasında deyib ki, yayılan xəbərlərdə qərəz var.

“Marneulidə baş vermiş instidentdə mənim də adımı hallandırırlar. Guya, Elçin Allahverdiyevin alçaldılaraq üzr istənildiyi hadisənin videosunda mən də varam. Gürcüstan hökumətində  aləm bir-birinə qarışıb. Silahı kiminsə kürəyinə vurmaq istəyirlər. Ona görə də mənim adımı hallandırırlar”.

Qeyd edək ki, prokurorluqda T. Abazovun yer aldığı iddia olunan və "Facebook" sosial şəbəkəsində yayılmış videogörüntü ilə bağlı araşdırmaya başlanıb. Araşdırma qeyri-insani və ləyaqəti alçaldan rəftar faktı üzrə aparılır.
 
İyunun 11-də Tbilisidə etiraz aksiyasında Marneuli sakini, müxalif Vahid Milli Hərəkat Partiyasının üzvü Elçin Allahverdiyev "Facebook" üzərindən canlı yayım edərək T. Abazov və "Gürcü arzusu" partiyasının sədri Bidzina İvanişviliyə qarşı təhqiramiz ifadələr işlədib. Daha sonra E.Allahverdiyevin alçaldılaraq, üzr istədiyi videogörüntü sosial şəbəkədə yayılıb. Videogörüntüdə T.Abazovun da olduğu iddia olunur.
 
Video qısa zaman ərzində sosial şəbəkədə geniş yayılıb və istifadəçilərin hiddətinə səbəb olub. 

T.Abazov öz növbəsində videogörüntülərdən xəbəri olmadığını bildirib.
E.Allahverdiyev məsələ ilə bağlı artıq Marneuli polis bölməsində dindirilib. 

Qeyd edək ki, videogörüntülərlə bağlı məsələ Gürcüstan ictimaiyyətində son günlər ən çox müzakirə olunan mövzuya çevrilib.

Yazarlar