Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Makedoniyanın adı dəyişdirilir

  28
00:30 13-06-2018
Şriftin ölçüsünü dəyiş  

Yunanıstanın baş naziri Aleksis Sipras makedoniyalı həmkarı Zoran Zayevlə Makedoniya Respublikasının konstitusiyada nəzərdə tutulan adının dəyişdirilməsi ilə bağlı ortaq məxrəcə gəlib. Paralel.az “RİA Novosti”yə istinadən xəbər verir ki,  razılaşma rəsmi Skopyenin Avropa İttifaqına və NATO-nun üzvlüyünə qəbul olunmasına təkan verə bilər.

 

Məlumata görə, Siprasla Zayev arasında iyunun 12-də baş tutan telefon danışığında bütün ziddiyyətli məqamlar həllini tapıb. Ölkənin bundan sonra Şimali Makedoniya adlandırılacağı bildirilir.

 

Sipraz əldə olunmuş razılaşma ilə bağlı Yunanıstanın dövlət telekanalı ilə çıxış edib.

 

Bundan əvvəl Yunanıstandan olan siyasi partiyalar Makedoniya adının Zoran Zayev tərəfindən təklif olunan yeni variantı ilə razılaşmamışdılar. “İllinden Makedoniyası” adı yunan siyasətçilərin qane etməmişdi.


Yazarlar