Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Azərbaycan neftinin qiyməti yenə də dəyişdi

  39
23:35 12-06-2018
Şriftin ölçüsünü dəyiş  

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti 77,38 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə gününə olan göstəricidən 0,01 dollar/barel çoxdur. Paralel.az xəbər verir ki, bu barədə “Trend”ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 76,6 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,07 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti 73,84 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,08 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə iyunun 11-də 75,04 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətlə eynidir.


Yazarlar