Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Azərbaycanlı jurnalistlər Alanyaya getdilər

  42
11:25 09-06-2018
Şriftin ölçüsünü dəyiş  

Alanya Qəzetçilər Cəmiyyətinin (AQC) dostu olan Azərbaycan Parlament Jurnalistlər Birliyinin sədri  Elşad Eyvazlı və təşkilatın  üzvlərindən ibarət jurnalistlər heyəti bu gün Alanyada olacaqlar.

 

Paralel.az saytı xəbər verir ki, AQC idarə heyətinin üzvləri tərəfindən Gazipaşa-Alanya  havalimanında qarşılanan  azərbaycanlı jurnalistlər onlar üçün hazırlanan gəzinti proqramı çərçivəsində Alanyanın tarixi və turistik yerlərini  gəzəcəklər.

 

12 iyunda azərbaycanlı jurnalistlər  Alanya Ticarət və Sənaye Palatasının sədri  Mehmet Şahin və Alanya Bələdiyyə başçısı  Adəm Murat Yüceli ziyarət edəcək, o cümlədən  AQC-nin idarə heyətinin toplantısında iştirak edəcəklər. Azərbaycanlı jurnalistlər  eyni zamanda Azərbaycan Xalq Cümhuriyyətinin (AXC)  100 illiyi ilə bağlı təqdimat keçirəcəklər.

 

Alanyanın qonşusu Manavgatı da ziyarət edəcək olan qonaqlar, “Banana Beach Otel”də təşkil ediləcək axşam yeməyində Alanyada yaşayan azərbaycanlılarla bir araya gələcəklər. Qonaqlar 14 iyunda şəhərdən ayrılacaqlar.

 

 

Yazarlar