Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Hacıqabulda oğurluq edən şəxsdən narkotik götürülüb

  29
13:25 28-05-2018
Şriftin ölçüsünü dəyiş  

DİN mətbuat xidmətinin Şirvan şəhərindəki regional qrupundan Paralel.az-a verilən məlumata görə, mayın 25-də Hacıqabul Rayon Polis Şöbəsinə rayonun Ağacanlı kəndində yerləşən “Hacıqabul Quşçuluq Şirkəti” MMC-nin ərazisinə qanunsuz daxil olaraq oradan transformatorların içərisindən ümumi dəyəri 4000 manat olan 160 metr alüminium tərkibli sarğıların oğurlanması barədə məlumat daxil olub.

 

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Hacıqabul rayon sakini, əvvəllər məhkum olunmuş, 52 yaşlı Sahib Ələkbərov saxlanılıb. S.Ələkbərov şübhəli şəxs qismində saxlanılarkən onun üzərindən 0,434 qram heroin aşkar olunaraq götürülüb.

 

Əməliyyat tədbirinin davamı olaraq S.Ələkbərovun yaşadığı evdə və həyətyani sahəsində axtarış aparılıb. Nəticədə, həyətindən kultivasiya yolu ilə yetişdirilmiş 13 ədəd çətənə kolu, ümumi çəkisi 95 qram olan qurudulmuş marixuana, yaşadığı evdən isə 186 ədəd çətənə bitkisinin toxumları, eləcə də oğurladığı alüminium tərkibli sarğılar aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla əlaqədar olaraq Hacıqabul RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

 


Yazarlar