Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

“Bu yaz da Şuşaya gedə bilmədik” – Akif Tofiqoğlu yeni kitabını təqdim etdi +

  28
22:55 27-05-2018
Şriftin ölçüsünü dəyiş  

 

Akif Tofiqoğlunun növbəti kitabı belə adlanır: Bu yaz da Şuşaya gedə bilmədik. Sətirlərindən Vətən qoxusu gələn, nöqtəsindən, vergülündən yurd həsrəti süzülən şeirlərində Akif Tofiqoğlunun ürəyinin harayını, hayqırtısını duymaq o qədər də çətin deyil. Kövrək misraları ilə yanaşı, şairin yaradıçılığında çağırış, qisas hissi də oxucularda vətənpərvərlik hisslərinin aşılanması üçün kifayət qədər təsir gücünə malikdir.

 

Bu günlərdə 60 illik yubileyini qeyd edən Akif Tofiqoğlunun Sumqayıt şəhərindəki Poeziya Evində yeni kitabının təqdimatı keçirilib. Təqdimat mərasimində poeziya həvəskarları, şairin dostları və həmkarları Akif Tofiqoğlu yaradıcılığı haqqında fikir mübadiləsi apararaq şairə uğurlar arzulayıblar. Daha sonra “Bu yaz da Şuşaya gedə bilmədik” kitabından şeirlər səsləndirilib.

 

Qeyd edək ki, Akif Tofiqoğlu 1958-ci ildə Şuşa rayonunun İmamqulular kəndində anadan olub. Ali təhsilini Xankəndi Pedaqoji İnstitutunda alıb. Hazırda məcburi köçkün həyatı yaşayan Akif Tofiqoğlu Novxanıda fəaliyyət göstərən Şuşa rayon 10 nömrəli orta məktəbdə təlim tərbiyə üzrə direktor müavini vəzifəsində çalışır. Şeir və hekayələri ilə mütəmadi olaraq mətbuatda çıxış edir.

 

Arzu edək ki, Akif müəllimin növbəti kitablarının təqdimatı Şuşada, Xankəndində keçirilsin, yaradıcılığının kövrək notları qələbə təntənəsi ilə əvəz olunsun.

İlham Cəmiloğlu    


Yazarlar