Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

ABŞ F-35 qırıcılarını satmaq istəmir, Ankara narazılıq edir

  60
15:00 25-05-2018
Şriftin ölçüsünü dəyiş  

Türkiyə ABŞ-dan beşinci nəsil F-35 qırıcıları ilə bağlı rədd cavabı alarsa, cavab tədbiri görəcək.

 

Paralel.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə mətbuat konfransında jurnalistlərə Türkiyənin XİN-in sözçüsü Hami Aksoy bildirib.

 

“Biz F-35 proqramı çərçivəsində üzərimizə düşən bütün işləri hərfi-hərfinə yerinə yetirdik. Onsuz da bu çox millətli bir proqramdır. İmzalanan razılaşma çərççivəsində hər kəsin öhdəlikləri bəllidir və onların yerinə yetirilməsini gözləyirik.  Bu cür addımlar ABŞ ilə müttəfiqlik əlaqələrimizin ruhuna uyğun deyil. Baş nazirimizin də söylədiyi kimi, bu kimi addımlar atılacağı təqdirdə qarşılıq verməli olacayıq” – Aksoy bildirib.

 

O ABŞ tərəfinin bu kimi addımlar atmasını Rusiyadan alınacaq S-400 kompleksləri və rahib Endrü Bransonun həbs edilməsi ilə əlaqələndirib. ABŞ bununla Türkiyəyə təzyiq göstərməyə çalışır.

Türkiyə bu qırıcılardan 100 ədəd əldə etmək niyyətindədir.

 

Qeyd edək ki, ABŞ konqresinin nümayəndələr palatası bu gün Konqresdə Türkiyənin əleyhinə olan ABŞ ordusunun illik müdafiə siyasətinin çərçivəsini tənzimləyən 716 milyard dollarlıq Milli Təqdimat Qanunu qəbul edib. Bu qanunun nümayəndələr palatası versiyasında müdafiə naziri Türkiyə ilə bağlı xüsusi hesabat hazırlamayana qədər Türkiyəyə F-35 qırıcılarının çatdırılması təxirə salınır. Müdafiə nazirliyi isə bu qanunun yeni versiyasını hazırlayıb. Müdafiə nazirliyi versiyasında Türkiyə məsələsi çıxarılıb. Layihənin bu versiyasına Komitənin ardınca Senatda səs veriləcək. Həmçinin səsvermədən keçən qanunlara ABŞ prezidenti Donald Trampın razılığı tələb olunur. Trampa hansı qanunun təqdim olunacağı əsas müzakirə mövzusu olub.

 

Əvəz ZEYNALOV


Yazarlar