Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Ombudsman: “Müstəqillik dövründə 11 amnistiya aktı, 64 əfv sərəncamı icra olunub”

  254
13:45 25-05-2018
Şriftin ölçüsünü dəyiş  

“Prezident İlham Əliyev tərəfindən imzalanmış sərəncamla 634 məhkum əfv edildi və bu əfv sərəncamının icrasını bu gün həyata keçirdik”.

Paralel.az-ın məlumatına görə, bunu Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova deyib.


Ombudsman bildirib ki, müstəqilliyimiz dövründə 11 dəfə amnistiya aktı, 64 dəfə əfv sərəncamı icra olunub: "Bu, çox böyük rəqəmlərdir. Sonuncu əfv sərəncamı ilə azadlığa buraxılan 634 məhkumdan 72-si ombudsmanın təklifi ilə əfv olunub”.

 
Qeyd edək ki, Prezident İlham Əliyevin mayın 24-də imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncam ümumilikdə 634 nəfərə şamil edilib. 

 


Yazarlar