Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Onun əşyalarına toxunanlar ölür - Məşhur alimin dəfnində ortaya çıxan DƏHŞƏT

  111
00:40 21-05-2018
Şriftin ölçüsünü dəyiş  

Mariya Kürinin dünya elminə bəxş etdiyi töhfələr hər kəsə məlumdur. О, bütün həyatını radioaktivliyin öyrənilməsinə həsr edib. Elmi fəaliyyəti ilə dünya şöhrəti qazanan madam Küri iki dəfə Nobel mükafatına layiq görülsə də, ölümünün əsas səbəbi də peşəsi olub. Kürinin cəsədi Parisdəki Panteonun xüsusi hazırlanmış tabutunda basdırılıb. Bunun da səbəbləri var.

 

Ümumiyyətlə, Panteon dedikdə, ölkənin məşhur incəsənət, mədəniyyət və siyası xadimlərinin dəfn olunduqları məkan başa düşülür. Parisdəki Panteonda basdırılanlar arasında Volter, Jan-Jak Russo, Viktor Hüqo, Emil Zolya və digər şəxlərin adını çəkmək olar.

 

Paralel.az  bildirir ki, Panteonda dəfn olunmaq şərəfi yalnız iki qadına nəsib olub. Onlardan biri məşhur fizik Marselen Bertlo ilə eyni vaxtda dünyasını dəyişən arvadı Sofidir. Bu həmçinin dövlətin öz aliminə göstərdiyi hörmətin təcəssümüdür. İkinci xanım isə yazımızın qəhrəmanı Mariyadır ki, o da burda həyat yoldaşı Pyer Küri ilə birgə uyuyur. Bu cütlük 1903-cü ildə birgə fizika üzrə Nobel mükafatına layiq görülüblər.

 

Madam Küri ömrünü radium və poloniumun tədqiqatına həsr edib. Məhz polonium onun ana vətəni Polşanın şərəfinə adlandırılıb. Təəssüf ki, həmin dövrdə radiasiyanın insan orqanizminə mənfi təsiri haqda heç nə məlum deyildi. Mariya laboratoriyadakı təcrübələr zamanı bəsit qoruyucu vasitələrdən istifadə edirdi.

 

Mariya Küri sözün həqiqi mənasında elm fədaisidir. Çünki 1934-cü ildə radium və poloniumun orqanizminə göstərdiyi mənfi təsir nəticəsində qan azlığından dünyasını dəyişib. Onun böyük qızı İren Jolio Küri də anasının təcrübələrinin qurbanına çevrilib. O, laboratoriyadakı yüksək şüalanma nəticəsində yoluxduğu leykemiyadan gənc yaşda ölüb.

 

Mariya 28 il öncə dünyadan köçən ərinin yanında basdırılıb. 1995-ci ildə isə hər iki dahinin nəşi Paris Panteonuna aparılıb. Məhz bu zaman alimlər müşahidə ediblər ki, cəsədlər radiasiya mənbəyidir və güclü şüalanma ötürürlər. Odur ki, hər ikisi üçün qurğuşundan xüsusi tabut hazırlanıb. Çünki yalnız bu üsulla Panteonun işçilərini radiasiyadan, şüalanmadan qorumaq mümkün idi. Bu radiasiyanın təsiri 100 il davam edir. Odur ki, Kürinin sümükləri yalnız bu müddətdən sonra zərərsizləşəcək.

 

Madam Küri təcrübə apardığı maddələrin mənfi təsirindən xəbərsiz olduğu üçün çox vaxt evindəki laboratoriyada çalışırdı. Hətta bəzən radium və poloniumdan bir hissəni cibinə qoyub, evə gətirər, boş zaman tapan kimi, yeni ixtiralarına başlayardı. Bu gün onun evindəki kitablar, geyimlər, qeyd dəftərçələri, bir sözlə, bütün əşyalar ətrafdakılar üçün çox böyük təhlükə mənbəyidir.

 

Alimin ölümündən artıq 80 il keçib və ona məxsus dəyərli əşyalar Fransanın Milli Kitabxanasında xüsusi qurğuşun qəliblərdə qorunur. Onun qeyd dəftərçələrini istənilən qonaq öz arzusu ilə açıb oxuya bilər. Lakin bunun nəticələrinə görə kitabxana məsuliyyət daşımır və həmin şəxs xüsusi kostyum geyinmək məcburiyyətindədir.

Onu da vurğulamaq lazımdır ki, uzun illər radiasiya sağlamlıq üçün faydalı hesab olunub. Hətta XX əsrin əvvəllərində bir sıra məişət avadanlıqları, o cümlədən saat gecələr işıq saçsın deyə, hazırlanmasında radioaktiv elementlərdən istifadə olunardı. 1938-ci ildə isə amerikalı alimlər anladılar ki, radioaktiv elementlər insan orqanizmini məhvə aparır. Bundan sonra kütləvi istehsalda radioaktiv maddələrdən istifadəyə qadağa qoyuldu. (publika.az)


Yazarlar