Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

İtkin düşən alpinistlərdən birinin meyiti tapıldı

  147
19:05 16-05-2018
Şriftin ölçüsünü dəyiş  

Ötən il dekabrın 27-dən FövqəladəHallar Nazirliyinin (FHN) peşəkar xilasedicilərindən ibarət dəstələrin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının iştirakı ilə aparılan və hal-hazıradək davam edən axtarışlar nəticəsində bu gün saat 18:00 radələrində axtarış işlərinin aparıldığı ərazidə təqribən 4 m dərinlikdə alpinistlərə aid çadırın yeri müəyyən edilib və ilkin olaraq 1 kişi meyiti aşkar edilib. 

FHN-dən Paralel.az-a verilən məlumata görə, hazırda axtarış-təmizləmə işləri davam etdirilir. 

Axtarış işləri barədə əlavə məlumat veriləcək. 

 

Qeyd edək ki, Gilavar" Hava və Ekstrim İdman Klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlu 2017-ci il dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxaraq geri qayıtmayıblar.

 

 
 

Yazarlar