Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Sumqayıtda bədbəxt hadisə: usta dördüncü mərtəbədən yıxılaraq ÖLDÜ

  233
19:05 16-05-2018
Şriftin ölçüsünü dəyiş  

Sumqayıt şəhərində 55 yaşlı kişi dördüncü mərtəbədən yıxılaraq ölüb.

Paralel.az "report"a istinadən məlumat verir ki, hadisə şəhərin 9-cu mikrorayon ərazisində qeydə alınıb.

Belə ki, Sumqayıt şəhər sakini, 1963-cü il təvəllüdlü Mübariz Tapdıq oğlu Hüseynov 9-cu mikrorayon ərazisindəki yaşayış binasındakı mənzillərdən birində peyk antenası quraşdırarkən ehtiyatsızlıqdan 4-cü mərtəbədən yıxılıb. Yaralı xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb.

Meyit Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə təhvil verilib. 

Faktla bağlı araşdırma aparılır


Yazarlar