Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

NATO Krımda açılan körpüdən NARAZIDIR

  114
18:00 16-05-2018
Şriftin ölçüsünü dəyiş  

NATO Krımın Rusiya tərəfindən ilhaqından sonra onu Rusiya federasiyasına birləşdirilən körpünün açılışından narahat olduğunu bildirib.

Paralel.az alyansın mətbuat xidmətinə istinadən xəbər verir ki, alyans bu hadisəni Ukraynanın suverenitetinin pozulması kimi dəyərləndirib.

“Bu körpü Ukraynanın suverenitetinin və ərazi bütövlüyünün pozulmasının yeni göstəricisidir. Rusiya beynəlxalq hüquqa hörmətsizlik nümayiş etdirməyə davam edir” – alyansın mətbuat xidmətindən bəyan edilib.

Qeyd edək ki, 2014-cü ildə Krımın Rusiya tərəfindən ilhaq edilməsindən sonra 2016-cı ildə adanı federasiyaya birbaşa birləşdirəcək körpünün tikintisinə start verildi. 2018-ci ilin may ayının 15-də isə Rusiya prezidenti Vladimir Putin yarımadanı Tamansk yarımadasına birləşdirən 19 km körpünün avtomobil yolunun açılışını edib. 2019-cu ildə isə dəmir yolunun açılışı gözlənilir.

 

Əvəz ZEYNALOV


Yazarlar