Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Mərkəzi Elmi Kitabxanaya Cümhuriyyətlə bağlı yeni kitab daxil olub

  108
17:55 16-05-2018
Şriftin ölçüsünü dəyiş  

AMEA Mərkəzi Elmi Kitabxanasına (MEK) Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Aserbajdsjanske Republik(1918-1920)” adlı yeni nəşr daxil olub. Danimarka və isveç dilində nəşr edilmiş kitabın müəllifləri - AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun böyük elmi işçisi, tarixçi-publisist, professor Ədalət Tahirzadə və araşdırmaçı-yazar Dilqəm Əhməddir.

Kitabda müsəlman şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti (AXC) haqqında tarixi faktlar toplanılıb. “1917-ci ildə Rusiya Fevral İnqilabından sonra Cənubi Qafqaz”, “Azərbaycan milli xətti - Müstəqillik Bəyannaməsi”, “15 sentyabr 1918-ci ildə Bakının azad olunması”, “Mudros sazişi və Azərbaycan”, “Parlamentin şərəfi”, “Respublikanın gücləndirilməsi və tanınması uğrunda mübarizə”, “Denikin təhlükəsi”, “AXC dövründə xarici ölkələrlə diplomatik əlaqələrin qurulması”, “Demokratiya uğrunda mübarizə, torpaq islahatları, siyasi islahatlar” və s. başlıqlar altında verilən mövzularda xalqımızın istiqlal mücadiləsi, AXC qurucularının fədakar fəaliyyəti işıqlandırılıb.

Geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş kitab MEK-in innovativ layihəsi olan Milli Rəqəmsal Yaddaş bazasına daxil edilib.

İlham Cəmiloğlu

 


Yazarlar