Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Taekvando idman zalından 900 manat oğurlandı

  112
16:40 16-05-2018
Şriftin ölçüsünü dəyiş  

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Paralel.az-a verilən məlumata görə, mayın 14-də Quba Rayon Polis Şöbəsinə rayon ərazisindəki “Quba Taekvando” idman zalından seyfdə olan 900 manat pulun ogurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu torətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək “isti izlərlə” saxlanılıb. Araşdırmalarla onun rayon sakini Qalib Əlibəyov olduğu məlum olub.


Saxlanılan şəxsin digər cinayət əməlinin də üstü açılıb. Polis əməkdaşları tərəfindən onun digər rayon sakininin 100 manatını oğurlaması da müəyyən edilib.

 
Faktla bağlı Rayon Polis Şöbəsində araşdırma aparılır.

 


Yazarlar