Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Fələstin 4 ölkədən səfirini geri çağırdı

  117
16:35 16-05-2018
Şriftin ölçüsünü dəyiş  

Fələstin dörd Avropa Birliyi ölkəsindən səfirlərini geri çağırıb.

 

Paralel.az xəbər verir ki, bu barədə Fələstin Xarici İşlər Nazirliyinin rəsmi saytında məlumat yerləşdirilib.

Fələstin Rumıniya, Çexiya, Avstriya və Macarıstandakı səfirlərini geri çağırıb. Məlumatda səbəb kimi mayın 14-də həmin ölkələrin səfirlərinin ABŞ-ın Qüdsdəki səfirliyinin açılış mərasimində iştirak etmələri göstərilib.

 

Qeyd edək ki, mayın 14-də ABŞ Təl-Əvivdəki səfirliyini Qüdsə köçürüb. Buna etiraz edən minlərlə fələstinliyə qarşı İsrail əsgərləri silah işlədiblər. Nəticədə 61 nəfər qətl edilib 2 mindən çox yaralı var. Fələstin lideri Mahmud Abbas 3 günlük matəm elan edib.

 

Əvəz ZEYNALOV


Yazarlar