Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Komitə sədri şikayətləri dinlədi +

  102
16:15 16-05-2018
Şriftin ölçüsünü dəyiş  

Bu gün Milli Məclisin Səhiyyə komitəsinin sədri, 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən deputat seçilmiş akademik  Əhliman  Əmiraslanov   parlamentdə vətəndaşları növbəti dəfə qəbul edib.  

 

Milli Məclisin Səhiyyə komitəsinə müraciət edən vətəndaşları ayrı-ayrılıqda qəbul edən millət vəkili onları narahat edən məsələləri dinləyib.

 

Ünvanlanan müraciətlər arasında xəstələrin müalicəsi,  müxtəlif cərrahi əməliyyatlarla bağlı məsələlər üstünlük təşkil edib.

 

Qəbul zamanı  65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən olan və müxtəlif  problemlərin həllində deputatdan  köməklik istəyən seçicilər də iştirak etmişdir.

 

Müraciət edən insanların problem və təkliflərini, eyni zamanda zəruri olan sənədləri qəbul edən Əhliman Əmiraslanov bütün müraciətləri nəzarətdə saxlayacağını və həllinə köməklik göstərəcəyini bildirib.

 


Yazarlar