Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Hadi Rəcəbli  Dövlət İdarəçilik Akamediyasında  mühazirə oxudu +

  156
14:30 16-05-2018
Şriftin ölçüsünü dəyiş  

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, siyasi elmlər doktoru, professor Hadi Rəcəbli Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında rəhbər dövlət idarəçiliyi kadrlarını “Dövlətin sosial siyasəti: mahiyyət, prioritetlər və həyata keçirilmə mexanizmləri istiqaməti üzrə” “Müasir Azərbaycanda sosial siyasətin formalaşması və bu sahədə dövlət siyasətinin aktual məsələləri” mövzusunda mühazirə deyib. Mühazirədə ulu öndər Heydər Əliyev və onun sosial siyasəti, sosial siyasətdə qanunlar ,dövlətin müasir sosial müdafiə sistemi, İlham Əliyev cənabları və Azərbaycanda müasir sosial siyasət və digər məsələlərə toxunulub.


Mühazirədə xüsusilə vurğulanan məsələrdən biri də Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş,ölmüş, və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmənin verilməsi ilə bağlı İlham Əliyev cənablarının Fərmanı olub. Eyni zamanda  müasir sosial siyasətin formalaşması sahəsində  digər aktual məsələlərdən də söz açılıb .

 
Dövlət Sosial Müdafiə Fondunun Lerik rayon şöbəsinin müdir müavini Elma Şiriyev, Zaqatala rayon şöbəsinin müdir müavini İbadulla Muradov, Zəngilan rayon şöbəsinin müdir müavini Həsən Ələkbərov,Siyaəzən rayon şöbəsinin bölmə müdiri Mətanət Sultanova, Fondun İsmayıllı rayon şöbəsinin məsləhətçisi Nicat Nuraliyev və digər dinləyicilər  ünvanlı sosial yardım,özünəməşğulluq, əmək pensiyaları və digər məsələlərlə bağlı suallarını səsləndiriblər.

Sonda xatirə şəkili çəkilib.


Yazarlar