Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Daha bir ölkə Qüdsdə səfirlik açdı

  127
13:15 16-05-2018
Şriftin ölçüsünü dəyiş  

Qüdsdə ABŞ-dan sonra daha bir səfirliyin açılış mərasimi baş tutub.

 

Paralel.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, Qvatemala da ABŞ-dan sonra öz səfirliyini Təl-Əvivdən Qüdsə köçürüb.

 

Açılışda Qvatemala prezidenti Cimmi Morales və İsrail baş naziri Binyamin Netanyahu iştirak edib. Səfirlik Qüdsün qərbində ofis kompleksində yerləşib.

 

Qeyd edək ki, mayın 14-də ABŞ Təl-Əvivdə yerləşən səfirliyini Qüdsə keçirib. Bununla əlaqədar Qəzza zolağında gərginlik artıb. Bu hadisəyə etiraz edən fələstinlilərə qarşı İsrail ordusu silah işlədib. Hadisə nəticəsində 61 fələstinli həyatını itirib, 2 mindən çox yaralı var. Fələstin lideri Mahmud Abbas 3 günlük matəm elan edib.

 

Əvəz ZEYNALOV


Yazarlar